Ukrayna bu gün Rusiyanın Stavropol diyarında yerləşən üç neft bazasına və eyni regionda yanacaq sektoruna aid daha bir obyektə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Prezidentin sözlərinə görə, Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid üç tankerin də dəqiq zərbələrlə vurulduğu qeydə alınıb.
Bizim.Media