Rusiya qüvvələrinin Xarkov ətrafına endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
İlkin məlumata görə, zərbə nəticəsində "Nova Poşta" logistika şirkətinin obyektində yanğın baş verib. Hazırda hadisənin təfərrüatları və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
Bizim.Media