Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Təchizat idarəsinin rəisi vəzifəsindən azad olunub.
Bizim.Media “qaynarinfo.az”a istinadla xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Elnur Mirzəyev pensiyaya çıxması ilə əlaqədar öz arzusu ilə xidmətin Təchizat idarəsinin rəisi vəzifəsindən azad edilib.
Müvafiq vəzifəyə hələ ki, təyinat yoxdur.
Qeyd edək ki, Elnur Mirzəyev 2024-cü ilin yanvar ayında sabiq ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə sözügedən vəzifəyə təyin olunmuşdu.
Bizim.Media