Türkiyənin Siirt vilayətində traktor təkərinin partlaması nəticəsində 2 nəfər yaralanıb.
Bizim.Media Habertürk-ə istinadən xəbər verir ki, böyük ölçülü traktor təkərinə hava vurulduğu zaman məlum olmayan səbəbdən partlayış baş verib.
Partlayışın təsirindən orada çalışan iki fəhlə xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları yaralılara ilkin yardım göstərib.
Təkərin partlama anı iş yerinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Xədicə Paşayeva, Bizim.Media