Alpanda minillik TAPINTI - Qədim Alban izlərində hansı SİRR yatır? - VİDEO

Qubanın qədim yaşayış məntəqələrindən olan Alpan kəndində ibtidai məktəbin qarşısında iki tarixi quyu aşkar edilib.
 
Bizim.Media xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin müraciətindən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun layihə-ölçü şöbəsinin müdiri, arxeoloq Qəhrəman Ağayev tapıntı yerinə baxış keçirib.
 
Onun sözlərinə görə, Alpan kənd bələdiyyəsinin sədri Əfil Dadaşov və iki müəllimlə birlikdə quyulara baxış zamanı ilkin araşdırmalar aparılıb. Arxeoloq alim bildirib ki, tapılan quyuların tarixi əhəmiyyəti böyükdür və onların geniş şəkildə tədqiqinə ehtiyac var:
 
“İlkin qənaətimizə görə, quyuların tarixi ilk orta əsrlər dövrünə gedib çıxır. Müəllimlər tərəfindən bizə həmin ərazidən tapılmış 1-2 ədəd keramika qırığı da təqdim olundu. Ola bilsin ki, bu məkanın tarixi daha qədim dövrlərə dayanır”.
 
Qəhrəman Ağayev qeyd edib ki, ərazidə dəqiq nəticə əldə etmək üçün geniş arxeoloji qazıntı işləri aparılmalıdır:
 
“Heç bir arxeoloq yalnız səthi baxış əsasında konkret fikir söyləyə bilməz. Qədim tarix yerin altında yatır. Buna görə də burada genişmiqyaslı qazıntılara ehtiyac var”.
 
Arxeoloq əlavə edib ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə əraziyə yenidən baxış keçiriləcək və gələcək tədqiqatlarla bağlı qərar veriləcək.
 
Qəhrəman Ağayev Alpan kəndinin ümumilikdə qədim tarixlə zəngin olduğunu da vurğulayıb:
 
“Alpan kəndi sirrlərlə dolu qədim yaşayış məntəqəsidir. Kəndin adının “Alpan” olması belə maraq doğurur. Qədim Albaniya dövlətinin Azərbaycan ərazisində mövcud olması məlum faktdır və bu kənddə də həmin dövrə aid izlərin yaşadığı ehtimal olunur. Burada dörd qəbiristanlıq var və kəndin hər qarışı tarixdir. Quyular da daxil olmaqla, ərazidə kompleks qazıntılar aparılmalıdır ki, bütün bunlara elmi əsaslarla tarix verilə bilsin”.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı metrosunda qatarların intervalında yubanmalar var – RƏSMİ

Bakı metrosunda qatarların intervalında yubanmalar var – RƏSMİ

Bakı doludan əvvəl...- Video

Bakı doludan əvvəl...- Video

Bu şəxslərə Dövlət Mükafatı verildi – ADLAR

Bu şəxslərə Dövlət Mükafatı verildi – ADLAR

“AF Mall”un üzlüyü qoparaq qadının üstünə düşdü – VİDEO

“AF Mall”un üzlüyü qoparaq qadının üstünə düşdü – VİDEO

İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ

İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ

Prezidentdən Rauf Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Rauf Əliyevlə bağlı SƏRƏNCAM

Almaniya Prezidentindən İlham Əliyevə TƏBRİK

Almaniya Prezidentindən İlham Əliyevə TƏBRİK

İrəvanda "TRIPP" layihəsi üzrə çərçivə sazişi İMZALANDI

İrəvanda "TRIPP" layihəsi üzrə çərçivə sazişi İMZALANDI

Müharibə bitəcək, Prezident seçkiləri KEÇİRİLƏCƏK – Ukrayna üçün SENSASİON SSENARİ

Müharibə bitəcək, Prezident seçkiləri KEÇİRİLƏCƏK – Ukrayna üçün SENSASİON SSENARİ

Piotr Tolstoy: "Ermənistanın Aİİ çərçivəsindəki üstünlükləri asanlıqla yox ola bilər"

Piotr Tolstoy: "Ermənistanın Aİİ çərçivəsindəki üstünlükləri asanlıqla yox ola bilər"

ABŞ və Fransanın birinci xanımları geyimlərindən necə siyasi silah kimi istifadə edirlər?

ABŞ və Fransanın birinci xanımları geyimlərindən necə siyasi silah kimi istifadə edirlər?

Bəzi şəxslərə pulsuz mənzillər veriləcək

Bəzi şəxslərə pulsuz mənzillər veriləcək

“Yaşa Azərbaycan” mahnısının sözlərinin müəllifi oxucuları ilə görüşdü – FOTO

“Yaşa Azərbaycan” mahnısının sözlərinin müəllifi oxucuları ilə görüşdü – FOTO

Robert De Niro "Taksi sürücüsü" filminin klassikaya çevriləcəyini düşünmürmüş

Robert De Niro "Taksi sürücüsü" filminin klassikaya çevriləcəyini düşünmürmüş

Türkoloji Qurultayda poeziya RUHU – FOTO

Türkoloji Qurultayda poeziya RUHU – FOTO

Pakistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Pakistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Yeni direktor bu icra başçısının qardaşıdır

Yeni direktor bu icra başçısının qardaşıdır

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

“Reytinq naminə dürüstlükdən imtina edə bilmərik”

“Reytinq naminə dürüstlükdən imtina edə bilmərik”

Mixail Qusmana Azərbaycan Dillər Universitetinin Fəxri Professoru adı verildi

Mixail Qusmana Azərbaycan Dillər Universitetinin Fəxri Professoru adı verildi

Azərbaycanda manatla verilmiş kreditlər UCUZLAŞIB

Azərbaycanda manatla verilmiş kreditlər UCUZLAŞIB

Bakıda güclü dolu yağdı – ANBAAN VİDEO

Bakıda güclü dolu yağdı – ANBAAN VİDEO

Şair Bənövşə Daşdılı ilə İMZA günü keçirildi - FOTO

Şair Bənövşə Daşdılı ilə İMZA günü keçirildi - FOTO

Alpanda minillik TAPINTI - Qədim Alban izlərində hansı SİRR yatır? - VİDEO

Alpanda minillik TAPINTI - Qədim Alban izlərində hansı SİRR yatır? - VİDEO

End of content

No more pages to load

RADİO