Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib – VİDEO

“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 4 ay davam edən araşdırmanın sonunda təqsirləndirilən şagirdin ittihamı ağırlaşdırılıb.

İstintaq belə qənaətə gəlib ki, məktəbli öz müəllimini xuliqanlıq niyyəti ilə öldürməyə cəhd edib.

Bu əsasla Ə.Ş-ya Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə verilmiş ittiham 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə əvəz edilib.
 

İlkin araşdırma müddətində məktəblinin atası Samir Şirinov da ifadə verib. Müstəntiq onu oğlunun davranışları və cinayətlə bağlı sorğu-sual edib.


Bundan əlavə, daha əvvəl məlumat verdiyimiz kimi, güllələnən müəllim şagirdini bağışlayıb. Tərəflər arasında barışıq var.

Yaxın günlərdə məhkəmə araşdırması başlayacaq.

Qeyd edək ki, şagirdə verilmiş yekun ittihamın sanksiyasında 14 ildən 20 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yetkinlik yaşına çatmadığı üçün ona 10 ildən artıq cəza təyin edilə bilməz. Amma maddənin dəyişdirilməsi cəza təyini zamanı ağırlaşdırıcı hal kimi nəzərə alına bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Qazonu nə vaxt biçmək lazımdır?

Qazonu nə vaxt biçmək lazımdır?

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

Sürücülər bu xəbəri mütləq oxusun

Sürücülər bu xəbəri mütləq oxusun

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Makron dövrü: Fransanın qlobal etimad problemi

Makron dövrü: Fransanın qlobal etimad problemi

Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

80 qəpiklik dondurmalarla bağlı gizli TƏHLÜKƏ

80 qəpiklik dondurmalarla bağlı gizli TƏHLÜKƏ

Sərdar Ortacın vəziyyəti ağırlaşdı

Sərdar Ortacın vəziyyəti ağırlaşdı

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu

Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu

Atasının hədiyyəsi gəlin köçən qızı AĞLATDI - VİDEO

Atasının hədiyyəsi gəlin köçən qızı AĞLATDI - VİDEO

Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Ən çox yalan danışan BÜRCLƏR

Ən çox yalan danışan BÜRCLƏR

XİN-dən Birləşmiş Krallığa təbrik mesajı - FOTO

XİN-dən Birləşmiş Krallığa təbrik mesajı - FOTO

Polad Həşimov və Arəstə Baxışovanın övladları da məktəblə vidalaşdı

Polad Həşimov və Arəstə Baxışovanın övladları da məktəblə vidalaşdı

Yeni Yasamalda bədbəxt hadisə - Qadın həyatını itirdi

Yeni Yasamalda bədbəxt hadisə - Qadın həyatını itirdi

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

End of content

No more pages to load

RADİO