Yaxın gələcəkdə dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı və onların böyük hissəsinin uşaqlar və gənclərdən ibarət olacağı gözlənilir. Bu səbəbdən yaranacaq çağırışlara indidən hazır olmaq vacibdir.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin UN-Habitat Gənclər Məşvərət Şurasının üzvü, “Gənc Afrikalılar Dayanıqlı Afrika Uğrunda” (YAFSA) təşkilatının təsisçisi və icraçı direktoru Jonathan Some Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, şəhərləşmə prosesinin sürətlənməsi urban infrastruktur, sosial xidmətlər və gənclərin məşğulluğu kimi sahələrdə yeni yanaşmalar tələb edir.
Bizim.Media