Hər hansı bir şəhərin nümunəvi modelə çevrilməsi üçün əsas şərt icmaların rəyini dinləmək, onların real ehtiyaclarını müəyyənləşdirmək və inkişafı təmin edəcək zəruri investisiyaların cəlb olunmasını stimullaşdırmaqdır.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Anqola Şəhər Laboratoriyasının nümayəndəsi Ana Cristina Ingles deyib.
O bildirib ki, uzunmüddətli perspektivdə bu təşəbbüslərin davamlılığını təmin edəcək müvafiq siyasətlərin formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, WUF13-ə ev sahibliyi edən Bakı yeni yanaşmaların öyrənilməsi üçün mühüm fürsət yaradır.
Bizim.Media