Azərbaycanda dayanıqlı şəhərsalma istiqamətində həyata keçirilən siyasət çərçivəsində gənclərə xüsusi diqqət yetirilir. Xüsusilə Şuşa və Lənkəran kimi regionlarda gənclərin inkişafına yönələn proqramlar geniş şəkildə icra olunur.
Bizim.Media xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, postmünaqişə dövründə Azərbaycanda ümumilikdə 9 şəhərin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir və bu prosesdə gənclərin inkişafına yönələn təşəbbüslər mühüm yer tutur.
Bizim.Media