ABŞ Prezidenti Donald Tramp bu dəfə BBC-ni saxta xəbər yaymaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, buna səbəb BBC müxbirinin ünvanladığı sual olub.
Jurnalist Trampdan ABŞ-ın İranın Minab bölgəsindəki qızlar məktəbinə zərbə endirdiyini təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşub.
Tramp isə ona hansı media qurumunda çalışdığı sualını verib. Jurnalist BBC-də çalışdığını bildirdikdə isə ABŞ lideri sözügedən mətbu orqanın feyk xəbərlər yaydığını deyib.
Xatırladaq ki, ABŞ Prezidenti bir neçə ay əvvəl çıxışını yalan redaktə etdiyinə görə BBC-yə qarşı 5 milyard dollarlıq iddia qaldırmışdı.
Bizim.Media