Aprelin 17-də atəşkəs elan olunsa da, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və cənub-şərqinə hücumları davam edir.
Bizim.Media xəbər verir ki, İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində son 48 saat ərzində Livanda 55 nəfər həlak olub.
"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2951-ə, yaralıların sayı isə 8988-ə çatıb", - hesabatda qeyd olunub.
Səhiyyə Nazirliyi qeyd edib ki, İsrail təyyarələri və dronları Litani çayının cənubunda və şimalında yerləşən yaşayış məntəqələrinə zərbələr endirməyə davam edir və günün sonuna qədər itki və yaralıların sayının artması mümkündür.
Bizim.Media