Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvətinə cavab olaraq, bu ilin payızında ABŞ-yə dövlət səfəri edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Hər iki tərəf iki dövlət başçısı arasındakı qarşılıqlı əlaqəyə ciddi şəkildə hazırlaşmaq, əlverişli ab-hava yaratmaq və yeni nəticələr əldə etmək üçün birgə səylər göstərməlidir", – deyə diplomatik qurumun bəyanatında bildirilib.
Qeyd edək ki, mayın 13-də Donald Tramp Çinə rəsmi səfər edib. Bu onun 2017-ci ildəki ilk prezidentlik dönründən sonra ilk səfəridir.
Bizim.Media