Yer kürəsində hazırda ən zəif səviyyə kimi təsnif edilən maqnit fırtınası başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.
"Yer kürəsində G1 səviyyəli maqnit qasırğası baş verir", – deyə məlumatda bildirilir.
Bundan əvvəl Günəşdəki böyük koronal dəliyin 85% ehtimalla Yer kürəsində maqnit qasırğalarına səbəb ola biləcəyi xəbər verilmişdi.
Bizim.Media