Pakistanın şimal-qərbində yerləşən hərbi düşərgəyə terror hücumu nəticəsində azı 9 hərbçi həlak olub, 20-dən çox şəxs yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Bacaur rayonunda baş verib.
Bildirilir ki, partlayıcı maddələrlə yüklənmiş avtomobili idarə edən terrorçu hərbi düşərgənin ərazisinə daxil olaraq partlayışı həyata keçirib.
Partlayışdan dərhal sonra silahlı şəxslər hərbçilərə atəş açmağa başlayıblar. Təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində bir neçə terrorçu zərərsizləşdirilib.
Bizim.Media