İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi – VİDEO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.
 
Bizim.Media xəbər verir ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.

Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür.
 
Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir.

Sərnişinlər “ADY Mobile” mobil tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin “Face Pay” təcrübəsinin Azərbaycanda “SİMA Pay” rəqəmsal ekosistemi və “ADY Mobile”ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.
 

Qeyd edək ki, son illərdə ADY sərnişin məmnuniyyətini təkcə yeni qatarlar və istiqamətlərlə deyil, həm də gündəlik həyatı asanlaşdıran rəqəmsal həllərlə təmin edir.


Xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə son üç ildə həyata keçirilən yeniliklər sayəsində sərnişindaşıma xidməti tamamilə yeni mərhələyə keçib. Artıq kassalarda növbədə dayanmaq və fiziki bilet alışına ehtiyac yoxdur. Sərnişinlər vaxt itirmədən ödənişlərini bank kartları, NFC və “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirirlər.

Statistik nəticələr də göstərir ki, dəmir yollarının rəqəmsallaşması istiqamətində son illərdə həyata keçirilən yenilikləri sərnişinlər müsbət qarşılayır və rahat mənimsəyirlər. Belə ki, 2023-cü ildə istifadəyə verilən “ADY Mobile” istifadəçilərinin sayı artıq 400 mini ötüb.

Qatarla bölgələrə səfər edən sərnişinlərin təxminən 80 faizi biletlərini onlayn şəkildə əldə edir.

Eyni zamanda, 2024-cü ildən ölkədaxili marşrutlar üzrə səyahət üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin yalnız fiziki formada təqdim edilməsi tələbi aradan qaldırılıb, “My.gov.az” portalından şəxsiyyəti təsdiq edən məlumatları QR kod şəklində təqdim etmək kifayətdir. Bundan başqa, sərnişinlər səyahət boyu həm işgüzar fəaliyyət, həm də asudə vaxtın səmərəli keçirilməsi üçün qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsinə qoşula bilərlər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış həkimin evi yanaraq külə döndü – VİDEO

Tanınmış həkimin evi yanaraq külə döndü – VİDEO

AZAL Bakıdan Dubaya uçuşları BƏRPA ETDİ

AZAL Bakıdan Dubaya uçuşları BƏRPA ETDİ

Onlar da gücləndirilmiş iş rejimində ÇALIŞACAQ

Onlar da gücləndirilmiş iş rejimində ÇALIŞACAQ

24 nəfərin həyatını itirdiyi hücumdan geriyə qalanlar... – FOTO/VİDEO

24 nəfərin həyatını itirdiyi hücumdan geriyə qalanlar... – FOTO/VİDEO

"İstəyirəm ki, ruhum bayram etsin" — Mətanət İsgəndərli

"İstəyirəm ki, ruhum bayram etsin" — Mətanət İsgəndərli

“Karvan-Yevlax” “Qəbələ”yə, “Araz Naxçıvan” “Kəpəz”ə qarşı

“Karvan-Yevlax” “Qəbələ”yə, “Araz Naxçıvan” “Kəpəz”ə qarşı

Bank borca görə qohuma zəng edə bilər? — AÇIQLAMA

Bank borca görə qohuma zəng edə bilər? — AÇIQLAMA

İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi – VİDEO

İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi – VİDEO

Buğda yüklü qatar Biləcəridən Ermənistana yola düşdü – VİDEO

Buğda yüklü qatar Biləcəridən Ermənistana yola düşdü – VİDEO

Dünyanın ən zəhərli canlısı bu İMİŞ - 5 dəqiqəyə ÖLDÜRÜR

Dünyanın ən zəhərli canlısı bu İMİŞ - 5 dəqiqəyə ÖLDÜRÜR

Putin də Çinə GEDƏCƏK

Putin də Çinə GEDƏCƏK

Psixoterapevtdən valideynlərə TÖVSİYƏ – Körpə ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN!

Psixoterapevtdən valideynlərə TÖVSİYƏ – Körpə ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN!

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

Avropanın məşhur klubundan “Sabah”ın hücumçusuna TƏKLİF

Avropanın məşhur klubundan “Sabah”ın hücumçusuna TƏKLİF

Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdirilir – RƏSMİ

Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdirilir – RƏSMİ

Zaur Əliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

Zaur Əliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

Neftimiz yenidən UCUZLAŞDI

Neftimiz yenidən UCUZLAŞDI

Tramp Çin lideri haqqında: “Boyu çox hündürdür, uyğun namizəd tapmaq çətin olacaq” – VİDEO

Tramp Çin lideri haqqında: “Boyu çox hündürdür, uyğun namizəd tapmaq çətin olacaq” – VİDEO

Alçanı duza batırıb yeməyin sirri məlum oldu - Bu qəribə vərdişi kim kəşf edib?

Alçanı duza batırıb yeməyin sirri məlum oldu - Bu qəribə vərdişi kim kəşf edib?

Əməkhaqqı ilə bağlı YENİLİK – Bu qaydada hesablanacaq

Əməkhaqqı ilə bağlı YENİLİK – Bu qaydada hesablanacaq

Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir?

Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir?

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər

Lənkəran sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Lənkəran sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Ağcabədidə 14 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

Ağcabədidə 14 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

End of content

No more pages to load

RADİO