Psixoterapevtdən valideynlərə TÖVSİYƏ – Körpə ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN!

Uşağın ağlaması və isterik davranışları valideynlər üçün ciddi sınağa çevrilə bilər. Lakin belə məqamlarda böyüklər özlərini günahlandırmamalı, baş verənləri uşağın emosiyalarının təbii ifadəsi kimi qəbul etməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkina “İzvestiya” qəzetinə açıqlamasında danışıb.

Mütəxəssis bildirib ki, valideynlərin ən çox yol verdiyi səhvlərdən biri uşağın göz yaşlarını onun ciddi əziyyət çəkməsinin və ya valideyn uğursuzluğunun göstəricisi kimi qəbul etməsidir.

Halbuki kiçik yaşlı uşaqlar üçün ağlama yorğunluq, qorxu və ya digər güclü emosiyaları ifadə etməyin təbii yoludur.

“4-5 yaşa qədər emosional partlayışlar və göz yaşları psixi inkişafın normal hissəsidir. Bu dövrdə uşaq öz hisslərini tam şəkildə idarə edə bilmir. Buna görə də böyüklərin vəzifəsi emosiyaları boğmaq deyil, uşağa həmin mərhələni təhlükəsiz şəkildə keçməyə kömək etməkdir”, – deyə həkim vurğulayıb.
 

Onun sözlərinə görə, emosional gərginliyin pik həddində uşaq izah və ya razı salma cəhdlərini demək olar ki, qəbul etmir. Buna görə də valideynlər uşağa təhlükəsizlik hissi verməli, onun yanında olmalı və emosiyaların səngiməsini gözləməlidirlər.


Psixoterapevt xəbərdarlıq edib ki, uşağın hisslərini kiçiltmək və ya dəyərsizləşdirmək onun daxili gərginliyini daha da artırır, eyni zamanda öz emosiyalarına qarşı güvənsizlik formalaşdırır.

Mütəxəssis qeyd edib ki, belə hallarda valideynlərin emosional vəziyyəti də böyük əhəmiyyət daşıyır. Aqressiya və əsəb partlayışları adətən yığılan yorğunluq, stress və emosional tükənmədən qaynaqlanır.

Belə vəziyyətlərdə böyüklərə bir qədər fasilə vermək, dincəlmək və emosional resurslarını bərpa etmək tövsiyə olunur.

Ekspert əlavə edib ki, valideynlər ideal olmağa çalışmamalıdırlar. Çünki uşağın davranışına yalnız valideynlərin hərəkətləri deyil, onun yaşı, xarakteri və xarici amillər də təsir göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“Körpəlikdən başı yerə dəyməyən oğlum başından vurulmuşdu” - Şəhid anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“Körpəlikdən başı yerə dəyməyən oğlum başından vurulmuşdu” - Şəhid anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

End of content

No more pages to load

RADİO