ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin barədə maraqlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində Çin liderinin uca boylu olduğunu qeyd edib.
“Əgər Hollivudda Çin liderinin rolunu oynayacaq aktyor axtarsalar, uyğun namizəd tapmaq çətin olacaq. Çünki Si kimi birini tapmaq mümkün deyil. O, xüsusilə öz ölkəsi üçün hündürboyludur. Çində insanlar adətən bir qədər qısaboy olurlar”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp mayın 13-də Çinə rəsmi səfərə gəlib. ABŞ Prezidenti dünən Çin lideri Si Cinpinlə təkbətək və geniştərkibli görüşlər keçirib.
Bizim.Media