Filippin Senatında atışma baş verib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə yerində olan şahidlər senat binasını atəş səslərinin bürüdüyünü və insanların təhlükəsiz yerə sığınmalarına dair göstəriş verildiyini bildirib.
Atışmadan öncə Senatın binasına hərbi uniformada olan 10-dan çox şəxs daxil olub. Onların bəzilərinin üzərində odlu silahlar olub.
İddialara görə atışma, senator Bato dela Rosa ilə əlaqəlidir.
Qeyd edək ki, BCM Rosanı insanlığa qarşı cinayətlərdə və minlərlə məhkəmədənkənar qətldə iştirakda ittiham edir. Məhkəmə əvvəllər onun həbsi üçün order verib.
Bizim.Media