Türkiyənin Samsun şəhərində yağan güclü leysan yağışları küçələrdə daşqınlara səbəb olub.
Bizim.Media xəbər verir ki, təbii fəlakət nəticəsində 12 nəfər xəsarət alıb.
Məlumata görə, şəhərin bir sıra küçə və prospektlərini su basıb, onlarla avtomobil və bina zərər görüb.
Sel suları bəzi ərazilərdə nəqliyyatın hərəkətini iflic edib.
Hadisə yerinə xilasedicilər və xüsusi texnika cəlb olunub.
Hazırda bölgədə fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bizim.Media