Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Gənc şahzadə Diananın peşəkar rəqqasə olmaq arzusu barədə yazdığı məktub Londonda hərraca çıxarılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
 

Nəşrin məlumatına görə, iki səhifəlik məktubu Diana Spenser 1978-ci ildə, 17 yaşında yazıb. Məktub onun Böyük Britaniyanın hazırkı kralı III Çarlzla münasibətlərə başlamasından bir il əvvələ aiddir.


Diana məktubu rəfiqəsi Mildred Leysiyə ünvanlayıb. Leysi daha əvvəl insult keçirmiş Diananın atasına sağlamlıq arzularını göndərmişdi.

Məktubda gələcək şahzadə rəfiqəsinə dəstəyə görə təşəkkür edir və atasının tezliklə xəstəxanadan buraxılacağını bildirir.

Bundan başqa, Diana həyatını rəqslə bağlamaq arzusundan da yazıb.

“Mən rəqs etmək üçün özümə yer tapmağa hazırlaşıram. Bunu həmişə istəmişəm və ümid edirəm ki, nə vaxtsa bu sahədə uğur qazanacağam”, - deyə məktubda qeyd olunub.
 

Bildirilir ki, sənəd Londonun qərbində yerləşən “Chiswick Auctions” hərrac evində satışa çıxarılacaq. Lotun təxminən 4 min funt sterlinqə, yəni 5,4 min dollara satılacağı gözlənilir.


“The Independent” yazır ki, məktubu satışa şəxsi kolleksiyaçı çıxarıb. Həmin şəxs Diana və o vaxtkı şahzadə Çarlzın toyuna aid bir sıra xatirə əşyalarını da hərraca təqdim edib.

Qeyd olunur ki, şahzadə Diana 1981-1990-cı illərdə Qlazqodan olan keçmiş balerina Enn Allanla rəqs dərsləri alıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Güləşçimiz Emin Cavadlı dünya üçüncüsü oldu

Güləşçimiz Emin Cavadlı dünya üçüncüsü oldu

Vəkil Elşad Məmmədovun hansı səbəbdən həbs edildiyi MƏLUM OLDU

Vəkil Elşad Məmmədovun hansı səbəbdən həbs edildiyi MƏLUM OLDU

İsveçrədə yanacaq kəskin BAHALAŞDI

İsveçrədə yanacaq kəskin BAHALAŞDI

Lavrov Britaniyanı Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakda İTTİHAM ETDİ

Lavrov Britaniyanı Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakda İTTİHAM ETDİ

Son əsərini yandırdı, 10 gün sonra dünyadan köçdü – Dahi yazarın müəmma dolu SON GÜNLƏRİ

Son əsərini yandırdı, 10 gün sonra dünyadan köçdü – Dahi yazarın müəmma dolu SON GÜNLƏRİ

İsrail İnfantinonu dəstəkləməkdən İMTİNA ETDİ

İsrail İnfantinonu dəstəkləməkdən İMTİNA ETDİ

Bu teatra Müslüm Maqomayevin adı veriləcək

Bu teatra Müslüm Maqomayevin adı veriləcək

Nazirliklər paytaxtın mərkəzindən köçürüləcək

Nazirliklər paytaxtın mərkəzindən köçürüləcək

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü – VİDEO

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü – VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənə ilə qeyd olundu – FOTO/VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənə ilə qeyd olundu – FOTO/VİDEO

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

İran və Ermənistan enerji mübadiləsini artırmağa hazırlaşır

İran və Ermənistan enerji mübadiləsini artırmağa hazırlaşır

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Tərtərdə VAZ qadın piyadaları vurdu - Biri yerindəcə, digəri xəstəxanada keçindi

Tərtərdə VAZ qadın piyadaları vurdu - Biri yerindəcə, digəri xəstəxanada keçindi

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

End of content

No more pages to load

RADİO