Moskvaya güclü qar yağıb.
Bizim.Media xəbər verir ki, Moskva və ətraf rayonlar gecədən qarla örtülüb.
“Shot”un məlumatına görə, kəskin hava şəraiti ilə əlaqədar artıq müxtəlif ərazilərdə bir neçə ağac aşıb, lakin hazırda xəsarət alan yoxdur.
Səhərə yaxın aramsız yağan qar paytaxt yollarında və səkilərdə xırda sürüşmələr, çovğun və buz bağlaması yaradıb. Dayanmış avtomobillər qarla örtülüb, yaş və yapışqan qar səbəbindən elektrik naqillərinin qırıldığı bildirilir.





Bizim.Media