Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Sabunçu rayonunun Zabrat və Məmmədli (Məhəmmədi) qəsəbələri arasında “Kürdəxanı təcridxanasına gedən yol” kimi tanınan ərazidə yerləşən gölün bir hissəsi qurudulub. Vaxtilə avtomobil yoluna qədər uzanan gölün ərazisi son vaxtlar hektarlarla kiçildilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, müşahidələr zamanı gölün xeyli hissəsinin qurudulduğu və həmin ərazidə tikinti işlərinin aparıldığı müəyyən edilib. 
 

Lakin bunun hansı qurum tərəfindən, hansı əsasla və hansı icazə ilə həyata keçirildiyi barədə ictimaiyyətə açıqlama verilməyib. Son günlər güclü yağışlardan sonra baş verən subasma halları isə məsələyə diqqəti daha da artırıb.


Elə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun son çıxışını xatırlatmaq yerinə düşər. Sədr dedi ki, Bakı bə Abşeron ərazisində bəzi göllər qanunsuz şəkildə qurudulub. Zəbt olunmuş yerdə tikintilər aparılıb. Nəticədə yerin altında qalan su “mina” kimi gözlənilmədən üzə çıxır və subasmalara səbəb olur.

Agentliyi göllərin qurudulmasına cavabdeh qurum olmasa da, mövcud vəziyyətdən narahatdır.

Ərazidə gördüyümüz mənzərə ilə əlaqədar Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanladıq.

Qurumdan cavab olaraq bildirildi ki, Zabrat 2-də yerləşən sözügedən gölün qurudulması insan fəaliyyətinin nəticəsidir: 

“Həmin gölün bir hissəsinin məişət və tikinti tullantıları ilə doldurulduğu, ərazidə hasarlanma və tikinti işlərinin aparıldığı müəyyən edilib. Bununla da Su Məcəlləsinin və müvafiq qaydaların tələbləri kobud şəkildə pozulub. Aparılan müşahidələr göstərir ki, 2020–2025-ci illərdə gölün su səthində azalma müşahidə olunub.
 

Bu isə problemin yalnız təbii səbəblərlə deyil, insan fəaliyyəti ilə bağlı olduğunu göstərir. Hazırda gölün doldurulmasının qarşısının alınması, nəzarətin gücləndirilməsi və təqsirkarların cəzalandırılması üçün Sabunçu Rayon Polis İdarəsinə, İcra Hakimiyyətinə, Zabrat Bələdiyyəsinə və digər qurumlara müraciət olunub”.


Onu da öyrəndik ki, hazırda daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsində hərtərəfli araşdırma aparılır.

Göl Sabunçu rayonu ərazisində yerləşdiyindən qurudulan yerdə aparılan işlərin Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirildiyi iddia edilir. Lakin icra hakimiyyəti tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Cavabını gözlədiyimiz digər mühüm suallar isə hələ də açıq qalır:

Gölün qurudulmasına hansı zərurət olub? Həmin ərazidən gələcəkdə hansı məqsədlə istifadə olunması planlaşdırılır? Aparılan tikinti işləri üçün verilmiş icazənin hüquqi əsasları nədən ibarətdir? Bu müdaxilənin ekoloji riskləri əvvəlcədən nəzərə alınıbmı?” Ən əsası, işin məsuliyyətini kim və ya kimlər üzərinə götürüb?

İnanaq ki, ünvanladığımız suallara cavab olaraq ictimaiyyətə aydın açıqlama veriləcək. Təbii ki, o vaxta qədər göl tamamilə yoxa çıxmasa…


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!

Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!

“Neftçi”nin hücumçusu sağaldı – “Qarabağ”a qarşı OYNAYA BİLƏCƏK

“Neftçi”nin hücumçusu sağaldı – “Qarabağ”a qarşı OYNAYA BİLƏCƏK

Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTO

Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTO

TƏBİB-dən kadr islahatları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən kadr islahatları ilə bağlı AÇIQLAMA

Bakıda Atatürk və Antena parkları birləşdirilir – FOTO

Bakıda Atatürk və Antena parkları birləşdirilir – FOTO

Efirdə qalmaqal yaşayan Nüşabəylə Ofelya BARIŞDI: “Yanındayam...” - VİDEO

Efirdə qalmaqal yaşayan Nüşabəylə Ofelya BARIŞDI: “Yanındayam...” - VİDEO

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

“Komedixana”nın aktrisası bu tanınmış evli şəxs ilə eşq yaşayırmış – ŞOK

“Komedixana”nın aktrisası bu tanınmış evli şəxs ilə eşq yaşayırmış – ŞOK

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA

"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Güclü külək əsir - FAKTİKİ HAVA

Güclü külək əsir - FAKTİKİ HAVA

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Binalarda kombi quraşdırılmasına bu hallarda icazə veriləcək - QƏRAR

Binalarda kombi quraşdırılmasına bu hallarda icazə veriləcək - QƏRAR

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti TƏMİN EDİLDİ

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti TƏMİN EDİLDİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

End of content

No more pages to load

RADİO