Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Son illərdə onlayn satışların və kreditlə alış-veriş imkanlarının artması vətəndaşlar üçün rahatlıq yaratsa da, bəzi hallarda gözlənilməz maliyyə problemlərinə də səbəb olur. Xüsusilə texnika və məişət avadanlıqlarının hissə-hissə ödənişlə alınması zamanı müqavilə şərtlərinin tam aydın başa düşülməməsi sonradan əlavə borcların yaranmasına gətirib çıxara bilər.

Saytımıza olunan müraciətlərdən birində qeyd olunub ki, vətəndaş onlayn mağazadan televizor alaraq kredit müqaviləsi bağlayıb və ödənişləri vaxtından əvvəl, cəmi iki ay ərzində tam bağlayıb. Lakin sonradan ona gecikmə ilə bağlı cüzi məbləğdə borcun qaldığı bildirilib. Daha da maraqlısı odur ki, aradan təxminən bir il keçdikdən sonra başqa mağazada alış etmək istəyərkən onun adına yüzlərlə gün gecikmə və əlavə borc göründüyü ortaya çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bank borcunu ödəməyənlərə qarşı sərt qaydalar gəlir: NƏZARƏT dəyişir


Araşdırma zamanı məlum olub ki, bu borc birbaşa müqavilə bağlanan şirkətə deyil, ödəniş terminalları üzərindən yaranmış komissiya haqları ilə əlaqədardır.

Bu isə göstərir ki, bəzi hallarda vətəndaşlar borclarını tam ödədiklərini düşünsələr də, ödəniş sistemlərindəki əlavə xərclər səbəbindən “gizli borc” problemi ilə üzləşə bilirlər.

Vətəndaş indi konkret olaraq kimə borclu olduğunu, borcu hara ödəyəcəyini və gecikmədən necə xilas olacağını bilmir.

Mövzu barədə Bizim.Media-ya danışan hüquqşünas maliyyə-bank eksperti Əkrəm Həsənov deyib ki, ümumiyyətlə, hər bir hal fərdidir:

“Aparat komissiya haqqı çıxırsa, onda mağazaya tam haqq ödənilmir. Vətəndaş ödəniş edəndə ondan komissiya çıxdığını və ödədiyi kredit məbləğinin tam olaraq ödənilmədiyini görür. Ona görə də vətəndaş buna diqqət etməlidir”.

Ekspertin sözlərinə görə, əgər vətəndaşın əlində ödəniş qəbzləri varsa, o, həmin qəbzləri təqdim etməklə ödəniş etdiyini və borcun nədən yarandığını aydınlaşdıra bilər:

“Ümumiyyətlə, problemli durumlarda, vətəndaşın tələbinə reaksiya olmaqdıqda ya o, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, yaxud da məhkəməyə müraciət etməlidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

End of content

No more pages to load

RADİO