İyulun 19-u bütün Britaniyada azadlıq günü abu-havası yaşanıb.
Bizim.Media "euronews"a istinadən xəbər verir ki, 16 aydan sonra Britaniyanın gecə klublarının önündə yenə uzun növbələr yaranıb.
Hökumət epidemioloji situasiya ilə bağlı tətbiq etdiyi bütün qadağaları ləğv edib. Birləşmiş Krallıqda nə ara məsafəsi, nə də maska məhdudiyyəti qalıb. İnsanlar belə normal günlərdən sonra bir daha izolə olunnmağı təsəvvür belə edə bilmirlər.
Məhdudiyyətlər aradan qalxan bazar ertəsini britaniyalılar "Azadlıq günü" adlandırıb.
Məhdudiyyatsiz Britaniyanı təqdim edirik:
Bizim.Media