Maskalı şəxslər qadının boğazına bıçaq dirədi - Bakıda oğurluq anının VİDEOSU

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 19 aprel 2021-ci il tarixində gecə saat 03 radələrində yaşadığı mənzildə tək olan zaman üzlərində maska olan naməlum şəxslər evin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olublar.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda mənzildən 12 minə yaxın pul oğurlandı - VİDEO


Daha sonra həmin şəxslər onun boğazından tutaraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Bu zaman qadın yataq otağında pulun yerini göstərəcəyi bildirərək orada quraşdırılan siqnalizasiya sistemini işə salıb.

Yaranan səsdən sonra həmin şəxslər qaçaraq mənzili tərk ediblər. Hadisə yerindən uzaqlaşan zaman onlar qadının 1500 manat pulunu da götürüblər. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib.

Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Elman Şahmuradov Sumqayıt şəhəri, Kənan İsmayılov isə Ceyranbatan qəsəbəsi ərazisində saxlanılaraq istintaqa təqdim ediliblər.
 

Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Araşdırma zamanı həmçinin müəyyən edilib ki, Kənan İsmayılov zərərçəkən qadının yaxın qohumudur və onun təklifindən sonra hər iki şəxs qeyd edilən hadisəni törədiblər.


Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 




 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göyçayda qadını ilan sancdı - reanimasiyadadır

Göyçayda qadını ilan sancdı - reanimasiyadadır

İranın Xarq adasındakı neft çənləri DAŞMAQ üzrədir

İranın Xarq adasındakı neft çənləri DAŞMAQ üzrədir

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

"Netflix"ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

CENTCOM: ABŞ İran ərazisindən 15 gəminin keçməsinə icazə verib

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Azərbaycanda apreldə hasil olunan neftin həcmini AÇIQLANIB

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Yaponiyada ayı hücumları rekord vurdu: robot-canavarlar kütləvi şəkildə satılır

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb

Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb

Şuşaya dolu düşdü - VİDEO

Şuşaya dolu düşdü - VİDEO

Millimiz Türkiyədə iki yoxlama oyunu keçirəcək

Millimiz Türkiyədə iki yoxlama oyunu keçirəcək

Azərbaycanda ictimai nəqliyyatda İLK: Üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO

Azərbaycanda ictimai nəqliyyatda İLK: Üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi - SİYAHI

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi - SİYAHI

İran bu ölkəni “ikinci İsrail” elan etdi

İran bu ölkəni “ikinci İsrail” elan etdi

Kubokun final matçında heyətlər açıqlandı

Kubokun final matçında heyətlər açıqlandı

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik - YENİ DİREKTOR KİMDİR?

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Azərbaycana virusa qarşı YENİ PEYVƏND gətiriləcək

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

End of content

No more pages to load

RADİO