Tunisin paytaxtından Türkiyənin İstanbul şəhərinə yollanan təyyarədə bilinməyən səbəbdən dava çıxıb. Nəticədə təyyarə beş saat gecikib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Hürriyet” nəşri yayıb.
Məlumata görə, dava əvvəlcə qadınlar arasında başlayıb. Lakin sonra kişilərdən biri qadının saçını yolub və münaqişə şiddətlənib.
Heyət üzvləri onları ayırmağa çalışsa da, buna nail ola bilməyiblər. Nəhayət, göyərtəyə polislər cəlb olunduqdan sonra tərəfləri sakitləşdirmək mümkün olub.
"Daily Mail” davanın səbəbi kimi sərnişinlərin başları üzərindəki baqaj yeri üstündə mübahisəni göstərib.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.
Səmra Xəlilbəyli, Bizim.Media