Fransa kanalı Xankəndidə - Məyus ermənilər nələr danışdı? - VİDEO

Fransanın məşhur “France24.com” saytı Dağlıq Qarabağdan xüsusi reportaj hazırlayıb.

“Zavallı ermənilərin” hallarına acıdıqlarını açıq şəkildə nümayiş etdirən TV qeyd edir ki, ötən il sentyabrın sonlarında Azərbaycan Dağlıq Qarabağda ildırımsürətli müharibə həyata keçirdi.

Cəmi 6 həftə ərzində ermənilərin üstünlük təşkil etdiyi “anklav” sarsıdıcı məğlubiyyətlə üzləşdi və əlində saxladığı ərazinin böyük bir hissəsini itirdi. Belə “dəhşətli travma” yaşamış insanlar qarşılaşdıqları “acı və ağrıların” öhdəsindən necə gəlirlər? Tərəflər arasında atəşkəsə nail olan Rusiyanın bölgədəki rolu nədən ibarətdir?

Bizim.Media Musavat.com-a istinadla xəbər verir ki, kanalın bölgəyə ezam etdiyi jurnalistlər bu kimi suallara cavab tapmağa çalışıb.

 

MÖVZU İLƏ BAĞLI:

Xankəndində qondarma rejim və rus sülhməramlılarına ETİRAZ


Reрortajdan öncə aparıcının sualına cavab verən jurnalist gileylənir ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağ bölgəsinə Ermənistan ərazindən daxil olmağa çalışan Qərb mediası mənsublarının əraziyə girişinə çətinliklər yaradır.

Reрortaj zamanı Xankəndinin mərkəzi küçəsində lentə alınmış kadrlar diqqət çəkir. Müharibə zamanı Azərbaycan ordusu tərəfindən məhv edilmiş erməni silahlılarının fotoları vurulmuş divarın qarşısında xeyli adam var.

Fotoların yağışdan qorunması üçün divara salafandan pərdə çəkilib. Bir qız deyir ki, bu müharibədə çox sayda gənclər öldürüldü. Həm də biz müharibədə məğlub olduq.

Fransız jurnalistlər ermənilərin məğlubiyyətini Türkiyənin Azərbaycana hərbi dəstəyi ilə izah edirlər. Jurnalistə müsahibə verən özünü qondarma rejimin rəsmisi kimi təqdim edən şəxs deyir ki, hər 25-30 ildən bir ermənilərlə türklər arasında müharibə olur. Düşmənlə növbəti müharibəyə hazırlaşmaq lazımdır.

Maraqlıdır ki, jurnalistlərlə danışan ermənilər hər dəfə “türk” ifadəsi işlədirlər. Müsahibə verən ermənilərdən biri deyir ki, hər tərəf türklərdir. Hara baxırıq türkləri görürük. Heç vaxt ağlımıza gəlməzdi ki, türklər gəlib bu yerlərə çıxa bilərlər. Jurnalist sonda izah etməli oldu ki, ermənilər azərbaycanlılara da türk deyirlər. Onlar üçün Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında elə bir fərq yoxdur.

Başqa bir erməni isə Rusiya sülhməramlılarından razılıq edir. Deyir ki, onlar bizim təhlükəsizliyimizin təminatçısıdır. Onlar gedəndən sonra nə olacağı isə bəlli deyil.

Yerli erməni din xadimi isə bildirir ki, bu, dini müharibə deyil: “Təəssüf ki, biz düşmən xalqların əhatəsində yaşayırıq”.

Reрortajda qeyd olunur ki, Azərbaycan türkcə danışan müsəlman xalqıdır. Türkiyə və Azərbaycanda deyirlər ki, biz iki dövlətik, amma bir millətik.

 

Reрortajda Türkiyə prezidentinin II Qarabağ Müharibəsində tutduğu kəskin mövqedən də bəhs olunur. Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə Azərbaycanda səfərdə olacaq. Onun Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərə səfəri nəzərdə tutulub.


Reрortaj zamanı qarşı-qarşıya asılmış erməni və Azərbaycan bayraqları da aydın görünür. Fransa televiziyasının hazırladığı reportajda ən çox diqqət çəkən o oldu ki, ermənilər Azərbaycan haqqında danışarkən davamlı şəkildə “düşmən” ifadəsi işlədirdilər. Ermənilərin son dərəcə məyus durumda olduğu da aydın görünür.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibini gözləməkdən yorulmiş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmiş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

End of content

No more pages to load

RADİO