Qərbi Azərbaycan Xronikası: İran və Türkiyədən ermənilər Axtaya niyə köçürülüb? - VİDEO 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində əhalisi zaman-zaman erməni zülmü ilə üzləşib deportasiyaya məruz qalan, ərazisi isə “erməniləşdirilən” Axta rayonu haqqında süjet hazırlanıb. 

Bizim.Media xəbər verir ki, “Kotayk vilayətinə birləşdirilən oğuz-türk yurdu” adlı süjetdə Ermənistan adlandırılan süni dövlətin məqsədyönlü siyasətinin həmişə qədim yaşayış məskənlərinin adını dəyişdirməklə izini itirmək, etnik tərkibi oğuz türklərindən ibarət olan əraziləri ələ keçirmək olduğu, hayların bu məqsədlə daim soyqırımılar törətdiyi, insanları yerindən-yurdundan didərgin saldığı qeyd olunur. 

Bildirilir ki, Qərbi Azərbaycanın tarixi yaşayış məskəni olan Axta rayonu Ermənistan SSR-də və indiki Ermənistanda inzibati ərazi vahidi olub.
Bu rayon 1930-cu il sentyabrın 30-da yaradılıb və 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kvadratkilometr olan rayonun mərkəzi Aşağı Axta şəhəri sayılıb. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 kilometrdir. Axta rayonu ərazisindən Zəngi çayı və onun qolu Böyükçay, dəyişdirilmiş adı isə Marmarik olan çay axır. 

Vurğulanıb ki, bütün tarixi mənbələrdə Axta rayonuna ermənilərin İran və Türkiyədən köçürüldüyü göstərilir:

“Məzh bunun nəticəsində azərbaycanlıların sayı get-gedə azalıb. XX əsrin əvəllərində, 1905-1906-cı ildə baş verən erməni- azərbaycanlı davası nəticəsində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulublar. İndi bu ərazidə yalnız ermənilər yaşayır. Burada 1897-ci ildə 119 nəfər Azərbaycan türkü yaşayıb.

XX əsrin əvvəllərində, 1905- 1906-cı illərdə azərbaycanlılar kənddən qovulub və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilib. 1926-cı ildə kənddə cəmi 3 azərbaycanlı yaşasa da, sonra onlar da qovulublar və Yuxarı Axta kəndi tam rayon mərkəzi ilə birləşdirilib.

Nəhayət, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə rayonun adı dəyişdirilib Razdan qoyulub. Tarixi oğuz yurdunun adının itirilməsi prosesi bununla kifayətlənməyib. Belə ki, Axta rayonu üzrə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə 18 tarixi yer adı dəyişdirilib”. 
Süjetin sonunda diqqətə çatdırılır ki, bu gün Ermənistanın yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi:

“Ermənilər Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycanın əzəli və əbədi torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaq. İnanırıq ki, daim maddi və mənəvi terrora məruz qalan Qərbi azərbaycanlılar doğma yurd-yuvalarının sahibi olacaq, indiki Ermənistan ərazisində itirilmiş hüquqlarını bərpa edəcəklər.

Çünki, bu, zamanın tələbidir”. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

End of content

No more pages to load

RADİO