Qərbi Azərbaycan Xronikası: “Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - VİDEO 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə köklü sakinləri tamamilə azərbaycanlılar olan, adı erməni saxtakarlığına məruz qalan Ağin rayonu haqqında süjet hazırlanıb. 

Bizim.Media xəbər verir ki, “Ərazisi və əhalisi erməniləşdirilən Ağin rayonu” adlı süjetdə əsrlər boyu azərbaycanlılar və onların yaşadığı tarixi torpaqlar ermənilər tərəfindən soyqırıma məruz qalması, yer-yurd adlarının yadlaşdırılması, havadarlarının hesabına coğrafi ərazilərimizi mənimsəməklə məşğul olmasından, eləcə də monoetnik erməni dövlətində azərbaycanlıların qədimdən yaşadığı yüzlərlə yaşayış məntəqəsinin adının dəyişdirilməsindən bəhs olunur. 

Bildirilir ki, Ağin rayonu Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı ərazisində yerləşib. Tarixi mənbələrdə bu bölgənin 14-16-cı əsrlərdə monqol, sonra isə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olduğu göstərilir.
Türkiyə ilə həmsərhəd olan Ağin bölgəsi İrəvan quberniyasının, Aleksandropol qəzasının, sonra isə İrəvan xanlığının tərkibində olub.

Bu ərazinin mərkəzi hissəsi Gümrü şəhərindən 28 kilometr cənub-qərbdə, Arpaçayın kənarında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilib.

Bu yaşayış məntəqəsinin köklü sakinləri bütün zamanlarda tamamilə azərbaycan türklərindən ibarət olub. Qədim türk məbədi olan Yerəruyk bazilikası da bu rayon ərazisində yerləşib. 

Qeyd olunur ki, XIX əs­rin əvvəllərində azərbaycanlılar öz tarixi torpaqla­rından qovulub, onların yerinə 1829-1830-cu illərdə Türkiyə­nin Muş, Alaşkert, Ərzurum vilayətlərindən, 1877-1878-ci illərdə isə Qarsdan ermənilər məqsədli şəkildə köçürü­lərək yerləşdiriliblər. 

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 12 oktyabr  tarixli qərarı ilə Ağin adı dəyişdirilərək "Ani" qoyulub. 1995-ci il noyabrın 7-dən Ağin rayonu Şirak vilayətinin inzibati ərazi­sinə daxil edilib və rayon üzrə 20-yə yaxın tarixi yer adları dəyişdirilib. 

Sonda diqqətə çatdırılır ki, XX əsrin əvvəllərində və sonlarında ordan-burdan gəlmə ermənilər əzəli oğuz yurdlarından azərbaycanlıları didərgin salıblar:

“Bu gün tarixi 19 mahalımızın 34 rayonunda, o cümlədən Ağin rayonunda bir nəfər də olsun oğuz türkü qalmayıb. Lakin biz bu həqiqəti, eləcə də tarixi torpaqlarımızı unutmuruq. Bu reallıq gələcək fəaliyyətimiz üçün əsas istiqamətdir və bu istiqamətdə daha fəal olub tarixi torpaqlara qayıtmaq, ləyaqətlə yaşamaq əsas hədəfimizdir. Çünki ləyaqətlə yaşamaq keçmişdən gələcəyə körpü salan tarixi, mədəni irsi qorumaqdan, onu yaşatmaqdan və araşdırmaqdan keçir”. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. 

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. 

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 25-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. 

Daha ətraflı videomaterialda: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

End of content

No more pages to load

RADİO