Zori Balayandan etiraf: “İrəvanın erməni əhalisi başqa yerlərdən gəlmələrdir” - VİDEO 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Bizim.Media xəbər verir ki, süjetdə “Fransadakı ünsürlər Cənubi Qafqazın daim qan içində olmasına çalışırlar” adlı süjetdə fransızları və erməniləri bir çox hallarda müxtəlif sahələrin reallıqdan uzaq, dar dünya görüşlü, ədalətsiz nümayəndələrinin təmsil etdiyi, belə “ictimai”, “siyasi” “xadimlər” ermənilərlə azərbaycanlılar arasında düşmənlik toxumu səpmələrindən bəhs olunur. 

Bildirilir ki, indiki Ermənistandan etnik təmizləmə nəticəsində  qovulmuş azərbaycanlıların doğma yurda qayıdışını Azərbaycan “Böyük Qayıdış” adlandırır:

“Ancaq “Böyük Qayıdış”a qarşı Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə iddiasını təqdim edən Fransanın Leuven Universitetinin professoru Pyer d-Arjan (Pierre d'Argent) bunu “Azərbaycanın irqçi layihəsi” adlandırıb. Bu dırnaqarası professor məqaləsində reallıqdan kənar iddialarla çıxış edir, Qarabağdakı ermənilərin Azərbaycanı könüllü tərk etdiklərinə şübhə ilə yanaşır”.  

Fransalı professorun diqqətinə çatdırılır ki, 1886-cı ildən 1988-ci ilə, yəni 102 il sonraya baxış etsə, mənzərə daha aydın olar: 

“Bu tarixdə 300 minə yaxın Qərbi azərbaycanlı öz torpaqlarından zor gücünə qovulub, Ermənistan vətəndaşlıqları məcburi olaraq əllərindən alınıb. Qərbi azərbaycanlılara indiyədək Ermənistanın heç bir dövlət rəsmisi “gəlin, Ermənistan cəmiyyətinə inteqrasiya olun” deməyib. Azərbaycan Prezidenti isə Qarabağın erməni sakinlərinə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa, Konstitusiyanın verdiyi hüquqlardan yaralanmağa çağırıb. Bu baxımdan indiki Ermənistandan qovulan Qərbi azərbaycanlılar erməni irqçiliyinin qurbanı olub. Onlar Ermənistanın vətəndaşlığından məhrum olublar. Onların mülkiyyəti talan olub, Ermənistanda qalıb”. 

Süjetdə həmçinin ermənilərin şovinist yazıçısı Zori Balayanın İrəvanın erməni əhalisi başqa yerlərdən gəlmə olması fikrinə də yer verilir. 

Sonda vurğulanır ki, Dağlıq Qarabağ xalqının etnik təmizləməyə məruz qalması ilə bağlı faktlar ortaya qoyulur: 

“Azərbaycan mövcud vəziyyəti davam etdirmək üçün əlindən gələni edir, yəni etnik təmizləmə planlarını gücləndirməyə çalışır. Pyer d-Arjan kimi savadsız, qərəzli bir “professorun” erməniləri təmsil etməsi, bu etnik qruoun ziyanına olar. Çünki erməni elm adamları və onun Pyer kimi havadarlarının saxtakarlıqları daha çox ifşa olunar. Necə deyərlər: “Taylı-tayın tapmazsa günü ah-vayla keçər”. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. 

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. 

Daha ətraflı videomaterialda: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

End of content

No more pages to load

RADİO