Azərbaycanın tanınmış meyxana ustası Namiq Qaraçuxurlu pərəstişkarlarına müraciət edib.
Bizim.Media xəbər verir ki, o, 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə müəyyən restoranlarda təşkil edilən konsertlərdə onun adının hallandığına görə təəssüfünü bildirib:
“Bildirmək istəyirəm ki, heç bir konsertdə çıxış etməyəcəm.
Bilirsiniz ki, məlum səbəblərdən fəaliyyətimi dondurmuşam. Nə zaman işə başlayacağamsa, mütləq şəxsən özüm elan edəcəm, xəbəriniz olacaq”.
Bizim.Media