Akademik Milli Dram Teatrı 18 senytabr saat 19.00-da “Qarabağnamə”x9d tamaşası ilə 143-cü teatr mövsümünü açıb. İ.Əfəndiyevin “Hökmdar və qızı”x9d pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada Xalq artistləri Rafiq Əzimov (Axund Mirmövsüm ağa), Firəngiz Mütəllimova (Tubu xanım), Ramiz Məlik (Cavad xan), Hacı İsmayılov (Məhəmməd xan), Ramiz Novruz (Sisyanov) Əməkdar artistlər Kazım Abdullayev (İbrahim xan), Əli Nur (Kəlbəli xan), Sabir Məmmədov (Saday bəy), Elşən Cəbrayılov (Lisanoviç), Əjdər Həmidov (Vanya Koxa), aktyorlar Şəhla Əliqızı (Ağabəyim ağa), Ləman İmanova (Səltənətbəyim), Sərdar Rüstəmov (Əbülfət xan), Anar Heybətov (Hüseynqulu xan), Əminə Babayeva (Haykanuş), Rəşad Bəxtiyarov (Birinci əsgər), Elnur Qədirov (İkinci əsgər), Rada Nəsibova (Bəyim), Elnar Qarayev (Çapar) və Nigar Məmmədova (Cariyə) çıxış edirlər.
Tamaşadan öncə Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Xalq Artisti Azər Paşa Nemət pərdə qabağına çıxaraq teatrın kollektivini və teatrsevərləri təbrik edib: “Bu gün teatr mədəniyyətimiz üçün əlamətdar bir gündür. Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Gəncədə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”x9d əsərinin tamaşası ilə Azərbaycanda teatr mövsümü açıldı. Bu günsə Akademik Milli Dram Teatrı 143-ü teatr mövsümünü başlayır. Teatrımızın yeni mövsümünün açılışı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum gününə təsadüf etdi.
Bir neçə gün öncə teatrımızın aktyoru, istedadlı sənətkar, Xalq artisti İlham Əsgərovun vəfatı hamımızı sarsıtdı. Bu, Azərbaycan teatrı üçün çox böyük itkidir. Son illərdə itkilərimiz çox olub. Amma heç nəyə baxmayaraq, həyat davam edir, teatrımızda yaradıcılıq prosesi də davam edir və bu gün teatrımızın sənətçiləri səhnəyə çıxaraq, “Qarabağnamə”x9d tamaşasını Sizlərə təqdim edəcəklər. Görkəmli
dramaturqumuz İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Qarabağnamə”x9d tamaşası Azərbaycan tarixinin böyük bir mərhələsini təsvir edir. Aktyorlarımız tamaşada məharətlə çıxış edirlər”x9d.
Azər Paşa Nemət tamaşaçıları da kollektivin adından təbrik edib və zəhmət çəkib teatra gələn hər kəsə təşəkkürünü bildirib. Teatrın bədii rəhbəri-baş rejissoru qeyd edib ki, bu il teatrsevərləri yeni tamaşalarla, qastrol səfərləri ilə, festivallarla dolu maraqlı bir mövsüm gözləyir.
Daha sonra Azər Paşa Nemət “Qarabağnamə”x9d tamaşasında çıxış edən aktyorları səhnəyə dəvət edib. Səhnə geyimlərində pərdə önünə çıxan aktyorları tamaşaçılar alqışlarla qarşılayıb. Sonda “Qarabağnamə”x9d tamaşası nümayiş olunub.