Dövlət başçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bizim.Media xəbər verir ki, mətndə deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində vəfat etmişdir.

Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlamışdır.

Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə ali ssenarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirmişdir.

Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınmışdır.

Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynamış, yarım əsrdən artıq müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr vermişdir.

Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən povestləri və hekayələri, pyesləri və ssenariləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynamışdır. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilmişdir.

Mühüm sosial həqiqətlərdən söz açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazandırmışdır.

Rüstəm İbrahimbəyovun ssenarist və rejissor olaraq kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri vardır. Yazıçının ssenariləri əsasında çəkilən “Bir cənub şəhərində”, “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü” və bir çox digər filmlər geniş şöhrət tapmış, yüksək mükafatlarla təltif edilmişdir. Onun həmmüəllif ssenaristi olduğu “Urqa” filmi 1991-ci ildə Venesiya Beynəlxalq Kinofestivalının ali mükafatına, “Günəşdən usanmışlar” filmi isə 1994-cü ildə Kann Beynəlxalq Kinofestivalının ali mükafatına və 1995-ci ildə Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülmüşdür.

Rüstəm İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, eyni zamanda ictimai fəaliyyət göstərmişdir. O, 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olmuş, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarını almış, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali dövlət təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Anar Rzayev

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Ramiz Fətəliyev

Rasim Balayev

Hacı İsmayılov".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Donetskə PUA hücumu: “Qalaktika” hipermarketi tamamilə yandı

Donetskə PUA hücumu: “Qalaktika” hipermarketi tamamilə yandı

Oracle şirkətinin həmtəsisçisi Larri Ellison son iki ayda 104 milyard dollar itirdi

Oracle şirkətinin həmtəsisçisi Larri Ellison son iki ayda 104 milyard dollar itirdi

Rusiya Avropa İttifaqı ölkələrinə balıq ixracını 1,7 dəfə artırdı

Rusiya Avropa İttifaqı ölkələrinə balıq ixracını 1,7 dəfə artırdı

Reuters: ABŞ-ın İrana təzyiqi “köstəbək vurmaq” oyununa bənzəyir

Reuters: ABŞ-ın İrana təzyiqi “köstəbək vurmaq” oyununa bənzəyir

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - İngiltərə Superkubokunu qazandı - VİDEO

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - İngiltərə Superkubokunu qazandı - VİDEO

Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Almaniyanın bəzi bölgələrində meşə yanğınları SÖNDÜRÜLDÜ

Almaniyanın bəzi bölgələrində meşə yanğınları SÖNDÜRÜLDÜ

“Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı

“Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı

Ferrari-nin ilk elektromobili hərracda 40 milyon dollara satıldı - VİDEO

Ferrari-nin ilk elektromobili hərracda 40 milyon dollara satıldı - VİDEO

Bu gün Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - FOTO

Bu gün Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - FOTO

Ucarda yük maşını aşdı - Avtomobildə olan pomidor və xiyar yola dağıldı - FOTO

Ucarda yük maşını aşdı - Avtomobildə olan pomidor və xiyar yola dağıldı - FOTO

8 avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına 4 min manat cərimə - VİDEO

8 avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına 4 min manat cərimə - VİDEO

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olundu - FOTO

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olundu - FOTO

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatdı

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatdı

Moldovadan Rumıniyanın hava məkanına daxil olan dron vuruldu

Moldovadan Rumıniyanın hava məkanına daxil olan dron vuruldu

Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO

Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO

Bakıdan bu istiqamətə axın başladı – Sentyabrda nə olacaq?

Bakıdan bu istiqamətə axın başladı – Sentyabrda nə olacaq?

İran ABŞ-ın Yaxın Şərqdəki bazalarını bərpa etməsinə imkan verməyəcək - Əmir Hatəmi

İran ABŞ-ın Yaxın Şərqdəki bazalarını bərpa etməsinə imkan verməyəcək - Əmir Hatəmi

Azərbaycanda bəzi xarici şirkətlər üçün vergi uçotu qaydası dəyişir

Azərbaycanda bəzi xarici şirkətlər üçün vergi uçotu qaydası dəyişir

Ukrayna ordusu ölkənin cənubunda 37 kvadrat kilometr ərazini azad edib

Ukrayna ordusu ölkənin cənubunda 37 kvadrat kilometr ərazini azad edib

Tramp administrasiyası SEPAH ilə gizli əlaqə yaradıb - Axios

Tramp administrasiyası SEPAH ilə gizli əlaqə yaradıb - Axios

Ukrayna Rusiyaya “Flaminqo” raketlərinin atışını 2 dəfə çoxaltdı

Ukrayna Rusiyaya “Flaminqo” raketlərinin atışını 2 dəfə çoxaltdı

ABŞ və İran arasında danışıqlar dalana dirəndi

ABŞ və İran arasında danışıqlar dalana dirəndi

İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz - Qadağa qoyuldu

İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz - Qadağa qoyuldu

End of content

No more pages to load

RADİO