Azərbaycanın Xalq artistinin xadiməlikdən ulduza çevrilən keçmiş həyat yoldaşının uğur yolu

Dünyanın ən məşhur opera ifaçılarından biri olan Anna Netrebkonun zirvəyə gedən yolu heç də asan olmayıb. Bu gün böyük opera səhnələrinin ulduzu kimi tanınan sənətçi karyerasının ilk illərində hətta teatrda xadimə kimi çalışıb.

Bizim.Media xarici mediaya istinadən məşhur sopranonun həyat və yaradıcılıq yolundan bəhs edir.

Anna Netrebko mühəndis ana və geoloq atanın ailəsində dünyaya gəlib.

Onun musiqi qabiliyyəti hələ uşaqlıq illərində diqqət çəkib. Valideynləri qızlarını Krasnodardakı “Kubanskaya pioneriya” xoruna yazdırıblar və məhz burada Annanın qeyri-adi səsi özünü göstərməyə başlayıb.

Müğənninin sözlərinə görə, uşaqlıqda operaya xüsusi marağı olmayıb, hətta televiziyada opera tamaşası görəndə kanalı dəyişirmiş. Lakin Sankt-Peterburqa səfəri zamanı Mariinski Teatrında izlədiyi tamaşa onun fikrini tamamilə dəyişib.

Bundan sonra Netrebko öz gələcəyini yalnız səhnədə görməyə başlayıb. Müxtəlif müsabiqələrə və konsertlərə qatılan Anna 16 yaşında doğma Krasnodarı tərk edərək Rimsk-Korsakov adına Sankt-Peterburq Konservatoriyasına daxil olmağa çalışıb.

Onun böyük səhnəyə gedən yolu da Mariinski Teatrından başlayıb. Lakin gələcəyin opera ulduzu burada dərhal əsas rollar almayıb. Netrebko əvvəlcə kütləvi səhnələrdə iştirak edib, daha sonra isə teatrda təmizlikçi kimi də çalışıb.

Annanın istedadını görən dirijor Valeri Gerqiyev onun opera karyerasında mühüm rol oynayıb. Netrebko Mariinski Teatrının səhnəsində müxtəlif partiyalar ifa etdikdən sonra dünyanın nüfuzlu teatrlarından dəvətlər almağa başlayıb.

Əvvəlcə Riqada qastrol səfərində çıxış edən sənətçi daha sonra San-Fransiskoda “Ruslan və Lyudmila” operasında səhnəyə çıxıb.

Qısa müddətdə onun adı beynəlxalq opera aləmində tanınmağa başlayıb.

Netrebko müxtəlif müsahibələrində ABŞ-da tamaşaçıların ifaçıları daha asan qəbul etdiyini, İtaliyada isə auditoriyanın daha tələbkar olduğunu deyib. Buna baxmayaraq, o, İtaliyada da böyük uğur qazanıb. Sənətçinin müəllimlərindən və səhnə tərəfdaşlarından biri əfsanəvi Plasido Dominqo olub.

Opera dünyasındakı uğurları ilə yanaşı, Netrebko moda və şou-biznes sahəsində də diqqət mərkəzində olub. O, dəfələrlə məşhur jurnallar üçün fotosessiyalara çəkilib, şəxsi həyatı isə daim medianın marağında olub.

Netrebko uzun müddət uruqvaylı bariton Ervin Şrottla münasibətdə olub. Cütlüyün Tyaqo adlı oğlu dünyaya gəlib. Müğənni sonradan oğluna autizm diaqnozu qoyulduğunu açıqlayıb. Anna müsahibələrində oğlunun ünsiyyət qurmaqda çətinlik çəkdiyini, lakin çox müstəqil və səliqəli uşaq olduğunu söyləyib. Netrebko və Şrott 2013-cü ildə ayrılıblar.

Daha sonra opera ulduzunun azərbaycanlı tenor Yusif Eyvazovla münasibəti başlayıb. Cütlük münasibətlərini mediadan gizlətməyib və tez-tez birgə fotolarını paylaşıb. 2024-cü ilin yayında Anna Netrebko və Yusif Eyvazov ayrıldıqları açıqlanıb. Bununla belə, onların dost münasibətlərini qoruduqları bildirilib.

Gərgin səhnə həyatından sonra Netrebko istirahətə xüsusi ehtiyac duyduğunu da gizlətmir.

Müğənninin sözlərinə görə, mürəkkəb opera partiyalarından sonra bəzən bütün günü heç kimlə danışmadan istirahət edir.

Sənətçinin başqa bir marağı isə rəssamlıqdır. Netrebko akvarel, yağlı boya və qrafika texnikalarında əsərlər yaradır. Onun bəzi rəsmləri hətta hərraclarda satılıb.

Anna Netrebko hesab edir ki, opera sənətində xarici görünüş müəyyən üstünlük yarada bilər, lakin əsas olan səs və istedaddır. Onun fikrincə, yalnız gözəllik heç bir sənətçini uğura apara bilməz. (lent.az)

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Pensiya və müavinətlə bağlı yeni XƏBƏR VAR

Pensiya və müavinətlə bağlı yeni XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Azərbaycanda bu il bir meyitdən ürək transplantasiyası həyata keçirildi

Azərbaycanda bu il bir meyitdən ürək transplantasiyası həyata keçirildi

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

"Bazar Store"dan vaxtı keçmiş uşaq qidasının satışı ilə bağlı AÇIQLAMA – “Müştəri səhv şəkil paylaşıb”

"Bazar Store"dan vaxtı keçmiş uşaq qidasının satışı ilə bağlı AÇIQLAMA – “Müştəri səhv şəkil paylaşıb”

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Cəlilabadda ev yandı - VİDEO

Cəlilabadda ev yandı - VİDEO

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

FAKTİKİ HAVA – Yağış yağır, şimşək çaxır

FAKTİKİ HAVA – Yağış yağır, şimşək çaxır

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Ət yenə BAHALAŞACAQ? – Yeni qiymət PROQNOZU

Ət yenə BAHALAŞACAQ? – Yeni qiymət PROQNOZU

Beynəlxalq turnirə bu gün Füzulidə start veriləcək

Beynəlxalq turnirə bu gün Füzulidə start veriləcək

Bu gün Ümumdünya Ürək Günüdür

Bu gün Ümumdünya Ürək Günüdür

Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü

Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq

Millətlər Liqasında daha 10 matç – SİYAHI

Millətlər Liqasında daha 10 matç – SİYAHI

Rubiodan XƏBƏRDARLIQ: Avropa ciddi çətinliklərlə üzləşib - VİDEO

Rubiodan XƏBƏRDARLIQ: Avropa ciddi çətinliklərlə üzləşib - VİDEO

End of content

No more pages to load

RADİO