Nürəddin Mehdixanlı: “Teatra rəhbər təyin edilərkən bizim rəyimiz soruşulmalıdır"

“Adətən həmişə belə olurdu, ortaya bir kürsü qoyulur, böyük-böyük adamlar, məmurlar da ora çıxıb danışır, sənət adamları da zalda əyləşib onları dinləyir, sonra da hamı çıxıb gedir, heç nə dəyişmirdi. 50 illik ömrümdə mən bu sayaq görmüşəm. Amma keçirilən Teatr forumunda birinci dəfə idi görürdüm ki, birbaşa bu sənətlə məşğul olanlar səhnədə əyləşir və salonda olan onların həmkarlarıdır və onlar birlikdə açıq şəkildə problemləri müzakirə edirlər. Düşünürəm ki, ən doğru olanı da bu idi".
 
Bu sözləri Xalq artisti Nürəddin Mehdixanlı Musavat.com-a açıqlamasında deyib.
 
Xalq artisti bu günlərdə keçirilən Teatr forumundan çox böyük gözləntiləri olduğunu deyib: “Bu gün Azərbaycan teatrının problemləri nədən ibarət olduğunu hamımız bilirik. Amma kimsə bu problemləri deməkdən çəkinir və yaxud onun üstünü örtməyə, malalamağa çalışır.
 
Teatr sahəsində olan problemlərin necə həll olunacağını da bilirik. Sadəcə özümüzün fərdi maraq və məqsədlərini kənara qoyub, həmin problemləri həll etməyə çalışmalıyıq. Azərbaycan teatrının artıq 150 illik tarixi var və onun bundan sonra da yaşaması üçün nələrisə etmək lazımdır. O nələrisə də biz bilirik və forumda bu haqda danışmağa bizə imkan yaratdılar. Buna görə forumun təşkilatçılarına təşəkkürümü bildirirəm. Orada faydalı məsləhətlər maraqlı çıxışlar oldu, problemlər birbaşa söylənildi, müzakirə edildi. Lakin bəzi həmkarlarım özlərinin reklam edib, özləri haqda danışmağa başladılar. Bu, yanlış addımdır. Biz ora toplaşmışdıq ki, problemləri bildirək, onların həllinə nail olaq.
 
Mən inanıram ki, bu forumdan sonra teatr sahəsində müsbət dəyişikliklər olacaq. Həmin forumda da qeyd etdim ki, bu tədbir Azərbaycan teatrının son döngədə, son şansıdır. Ya bundan sonra da var olacağıq, ya da hər şey yarımcan şəkildə davam edəcək. Azərbaycanda öz peşəsinin bilən kifayət qədər istedadlı rejissorlarımız, aktyorlarımız, teatr mütəxəssislərimiz var. Burada sadəcə ədalətli, əxlaqlı olmaq, millətinə, dövlətinə xidmət etmək lazımdır. Yəni, yol budur”.
 
Nürəddin Mehdixanlı həmkarı, Xalq artisti Afaq Bəşirqızının aktyorlar üçün ayrıca qəbiristanlıq yaradılması ilə bağlı təklifinə də münasibət bildirib: “Aktyorları yaşatmaq, onların daha uzun yaşaması üçün çalışmaq lazımdır, nəinki ayrıca qəbiristanlıq salmaq. Hər birimiz üçün qəbiristanlıqlarda 2 metr tapılacaq, bu problem deyil. Bu gün Azərbaycan teatrının daha ciddi problemləri var, onunla məşğul olmaq lazımdır”.
 
Sənətçi Akademik Milli Dram Teatrının rəhbərliyinə gətiriləcəyi ilə bağlı səslənən iddialara da cavab verib: “Hər kəsin özünə məxsus fikri, rəyi var və biz onlara qadağa qoya bilmərik. Hər kəsin bir tərcüməyi-halı, işi var və kimlərinsə rəhbərlikdə kimisə görmək istəməsi bu məsələlər ilə bağlıdır. Əlbəttə ki, təyinat məsələlərini bizlər həll etmirik, bunun üçün səlahiyyətli orqanlar var. Lakin düşünürəm ki, teatr spesifik bir yerdir, orada sənətkarlar, yaradıcı insanlar çalışırlar. Teatra rəhbər təyin edəndə ömrünü, həyatını bu sənətə həsr etmiş insanların da rəyi nəzərə alınmalıdır. Axı bu teatr fabrik deyil ki, kimisə birbaşa təyin edir və deyirlər ki, onu qəbul edin. Bu vaxta qədər təyinatlar bu cür oldu və həmin təyinatların acı nəticələrini gördük və bu gün də yaşayırıq. Ona görə də kimliyindən asılı olmayaraq, hər kimsə teatra rəhbər gətirilirsə, mütləq şəkildə bizim rəyimiz soruşulmalıdır. Kollektivin rəyi olmasa kimsə təyin olunarsa, teatrda çalışa bilməyəcək. Çünki hər halda bura Akademik Milli Dram Teatrıdır, onun tələbləri daha yüksəkdir.
 
İndi bəziləri var ki, bu məsələdə adlarını təklif edir, adlarının hallanması yönündə çalışırlar, amma nahaq yerə özlərinin yormasınlar. Hamımz bir-birimizi tanıyır, kimin kim olduğunu bilirik. Bundan sonra da kimlərinsə teatrı talanmasına, onu hörmətdən salmasına, özünün hansısa şəxsi, maddi maraqlarını təmin etmək üçün rəhbərliyə gəlib çıxmaq istəyirsə, biz buna imkan verməyəcəyik”.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

End of content

No more pages to load

RADİO