Azərbaycan Kinosu Günü münasibətilə silsilə tədbirlər KEÇİRİLƏCƏK - FOTO

Avqustun 2-də Azərbaycanda kinonun yaranmasının 127-ci ildönümü tamam olur. Bu gün kino işçilərinin peşə bayramı kimi təqvimimizə yazılıb. Hər il kinomuzun bayramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbir, təqdimat və film nümayişləri ilə yadda qalır. Bu il də Kino Günü münasibətilə silsilə tədbirlər keçiriləcək.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, avqust 1-i saat 20:00-da Xətai rayonundakı Heydər Əliyev adına parkın amfiteatrında Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmitd!” (2019) tammetrajlı bədii filmi nümayiş olunacaq.


Filmin yaradıcı heyəti də kinosevərlərlə görüşə qatılacaq.

Avqustun 2-də Nizami Kino Mərkəzində bir sıra yerli rejissorların ekranlaşdırdığı filmlər nümayiş etdiriləcək.
 

Saat 14:00-dan etibarən Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Qulu Əsgərovun “Hasar”, Rüstəm Babazadənin “Son payız”, Teymur Qəmbərovun “İki gün”, Elşən Zeynallının “Müharibənin gözləri” və Murad Muradovun “Danışır və göstərir Şuşa” filmləri göstəriləcək.


Həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Kinosu Gününə həsr olunan təntənəli tədbir keçiriləcək.

Tədbir çərçivəsində Azərbaycan kinosunun inkişafına və təbliğinə töhfə vermiş kino işçiləri təltif olunacaq.
 

Tədbirdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən “Oriondan sevgilərlə” (rejissor Rafiq Hacıyev), “Düşmüş mələk” (Elmar Fərzəli) və “Torpağı sanı yaşayasan” (Samir Kərimoğlu) qısametrajlı bədii filmlərinin premyerası olacaq.


Avqustun 2-də saat 20:00-da isə Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə açıq havada “Əhməd haradadır?” (rejissor Adil İsgəndərov, 1963) bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub.

Ulu öndər Heydər Əliyevin 2000-ci ilin 18 dekabr tarixində imzaladığı Sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

End of content

No more pages to load

RADİO