İki evinin olduğunu deyən Allahverdi Yolçuyev: “Yazırlar ki, buna bax, utanmır...”

Aktyor Allehverdi Yolçuyev son günlər corab satıması ilə gündəmə gəlməsinin bir rol, şou olması barədə deyilənlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, aktyor Pravda.az-a açıqlamasında deyib ki, hələ də işlə təmin edilməyib.

“Yəqin, məzuniyyətdir, məzuniyyətdən sonra işə götürərlər. Mən onu elə-belə demişdim. Çünki Musiqili Komediya Teatrının truppası gəlmişdi. Belə başa düşdüm ki, yəqin ora işə düzəldəcəklər...” – o bildirib.

A.Yolçuyev aparıcı Tarix Əliyevin verilişində iki evinin olması, nəyəsə ehtiyacının olmaması barədə açıqlamasına görə tənqid edilməsinə belə cavab verib: 

“Adamın fikri hər saniyə dəyişir. Həmişə vaxta, zamana, məkana görə danışmaq lazımdır. Mənim də ehtiyaclarım var, göydən düşməmişəm ki. O cür deyirəm ki, mənə pul təklif etməsinlər. Öz gücümlə qazanmaq istəyirəm. Mənə iş versinlər, hər ay “qol” çəkim, maaş alım, vəssalam. Corab satmağım elə ajiotaj yaradıb ki. Nə bilim, vallah. Mən şou bilmirəm, fikrimə nə gəlib, onu da etmişəm. Uşaq vaxtı həmişə əlimə pul gəlib, sevinmişəm. İndi gəlmir. Məcburam corab satım. İcarəyə çayxana götürəcəkdim.

Öz qohumlarım hətta yazırlar ki, Allahverdinin dörd evi var. Kaş olaydı... 

Onlar olan yerdə mənə düşmən lazım deyil. Şəhərdəki evim yaradıcılıq evidir. Qrimlərim, paltarlarım, Şaxta baba, Ovçu Pirim kostyumu, albomlarım - hamısı oradadır. Digər ev isə beşotaqlıdır, beşi də dolu. Nəvələrim var. Evdə səkkiz-doqquz nəfər qalır. Ev nə deməkdir ki. Ev istəmirəm. Bəzi adamlar kimi heç vaxt dövlətdən ev istəməmişəm. Yeddi evi var, hələ də istəyir. 

Gəlirim xərclərimdən azdırsa, nə edim? 336 manat 85 qəpik pul alıram. Bu gün varımdır, kef içində yaşayım. Bəs sabah? Bəs lap qocalanda? Alınmır axı. Qızlarımın evini sayırlar. Heç dəxli var? Qızlarım ailə qurublar, ərlərinin evidir. O ev mənimdir bəyəm? Yazırlar ki, hə, buna bax, utanmır. Utanmalı nə var?”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

End of content

No more pages to load

RADİO