"Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirildi - FOTO

İyulun 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən mədəniyyət naziri Adil Kərimli bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
 

Azərbaycan mətbuatının inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın inkişafında müstəsna rol oynayıb.


Ötən dövr ərzində mətbuatımız mədəniyyətimizlə birgə yol gəlib, onun üçün əsas təbliğat vasitələrindən olub.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatımızın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də mediamızı daim öz qayğısı ilə əhatə edib.

Media qurumlarının maddi-texniki təchizatı möhkəmləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlətimizin başçısı tərəfindən milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanması da mətbuat salnaməmizə yüksək diqqətin təzahürüdür.
 

Nazir deyib ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı və sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Bu, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.


Bildirilib ki, media qurumları hazırda mədəniyyətimizin təbliğində mühüm rol oynayır: "Qədim və zəngin mədəniyyətimizin geniş auditoriyaya çatdırılmasında media və mətbuatımızın fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, kütləvi informasiya vasitələri bundan sonra da mədəniyyətimizin inkişafını diqqətdə saxlayacaq".

Daha sonra tədbir viktorina şəklində davam edib. Media nümayəndələri və tədbir iştirakçıları komanda olaraq, eləcə də fərdi şəkildə sualları cavablandırıblar.

Qaliblərə hədiyyələr təqdim olunub.

Sonda Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında konsert proqramı təqdim edilib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

End of content

No more pages to load

RADİO