“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub - FOTO

Norveçin Nerdrum Muzeyində keçirilən “İpək Yolundan Stavernə” adlı Azərbaycan Mədəniyyəti Günləri, “Earth and East” Festivalı çərçivəsində böyük izdihamla reallaşıb.

Bizim.Media xəbər verir ki, hər gün 700-dən artıq qonağın iştirak etdiyi tədbir Azərbaycan ilə Norveç arasında mədəni körpülərin qurulmasına xidmət edib.

Festivalın dörd əsas təşkilatçısı – Nerdrum Muzeyi, Sjoparken, Thor Heyerdahl İnstitutu və Norveçdə fəaliyyət göstərən CAN –Təşkilatı olub.
 

Tədbiri rəsmi olaraq Nerdrum Muzeyinin icraçı direktoru Martin Romberg açaraq festivalın Azərbaycan mədəniyyətini Norveç auditoriyasına tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.


Daha sonra məşhur norveçli rəssam Odd Nerdrumun qızı Aftur Nerdrum və CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur milli geyimlər, mədəni irs və ortaq dəyərlər mövzusunda qonaqlara Azərbaycan mədəniyyətinin zənginliyi haqqında geniş məlumat veriblər. Tədbirin diqqətçəkən hissəsi Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın Qarabağ xalçalarından ibarət şəxsi kolleksiyası olub. Bu xalçalar öz rəngləri, naxışları və simvolizmi ilə qonaqlara qədim İpək Yolunun mədəni zənginliyini hiss etdirib.

Xüsusilə “Ata vəsiyyəti – oğulun zəfəri” adlı xalça tamaşaçılarda böyük təəssürat yaradıb. İpək və yundan ikitərəfli toxunmuş, 2 il 4 ay müddətində ərsəyə gətirilən bu sənət əsərinin bir tərəfində Ümummilli Lider Heydər Əliyevin gələcəyə verdiyi vəsiyyət, digər tərəfində isə Prezident İlham Əliyevin həmin vəsiyyəti yerinə yetirməklə əldə etdiyi zəfər təsvir olunub.

Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, dosent Gülzadə Abdulovanın və Alaca milli geyim brendinin təqdim etdiyi milli geyim kolleksiyası böyük maraqla qarşılanıb.

Bu geyimlər tanınmış jurnalist Nigar İbrahimovanın təqdimatında norveçli modellər tərəfindən nümayiş etdirilib. Tədbirdə Qarabağ, İrəvan xanlığı və Cənubi Azərbaycana aid olan milli geyimlər də nümayiş olunub. Festivalın musiqili hissəsi Azərbaycan-norveçli müğənni və bəstəkar Marie Sahba və onun triosunun çıxışı ilə tamamlanıb.

Sənətkar ilk dəfə bu heyətlə səhnəyə çıxaraq, “A Billion Years Too Soon” adlı proqramını təqdim edib. Tədbirə Qazaxıstanın Norveçdəki səfirliyinin nümayəndələri də qatılıblar. Bu, Türk dünyası ölkələri arasında mədəni həmrəyliyin və birliyin bariz göstəricisi olub. Qonaqlara “AzGranata” brendinin keyfiyyətli Azərbaycan şərabları (“NorAs Wine Import” vasitəsilə təqdim olunub) və “Naturella” tərəfindən hazırlanmış orqanik smuzilər təqdim olunub.

CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur tədbir barədə bunları qeyd edib:
 

“Mənim üçün bu festival sadəcə bir tədbir deyil, bir arzu və vizyonun gerçəkləşməsi idi. İllərdir ki, Şərqlə Qərb arasında bənzərlikləri göstərmək, ortaq bəşəri dəyərləri mədəniyyət, sənət və geyim vasitəsilə paylaşmaq mənim əsas missiyam olub.


Bu ilk dəfə olaraq, Azərbaycanın tarix əsasında ərsəyə gələn milli geyimləri Norveçdə bir muzeyin divarları arasında təqdim olunub. Bu, təkcə moda nümayişi deyil, tarixin, yaddaşın və kimliyin sükutla danışdığı bir an idi.

Qarabağ xalçalarımız və bu nadir irs nümunələri qısa zamanda o qədər dərin maraq oyatdı ki, Norveçdə bir neçə muzey bizimlə əməkdaşlıq etmək arzularını bildirdilər. Bu, Azərbaycan mədəniyyətinə olan sevginin və hörmətin göstəricisidir.Keçirilən festival sadəcə mədəniyyətin təqdimatı deyil – bu, dostluğun, dialoqun və ortaq yaddaşın dirçəldilməsidir. Bu, yalnız bir başlanğıcdır”.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

End of content

No more pages to load

RADİO