Səlim Babullaoğludan Yekaterinburqdakı hücumlarla bağlı ÇAĞIRIŞ: “Milli münaqişədir”

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Səlim Babullaoğlu Yekaterinburqda baş verən hadisə ilə bağlı Rusiyanın tanınmış yazıçılarına və nəşriyyat rəhbərlərinə sosial şəbəkə vasitəsilə müraciət ünvanlayıb.

Bizim.Media-nın məlumatına görə, o, bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 50-yə yaxın azərbaycanlı saxlanılıb.
 

Onlardan Səfərov Ziyəddin və Səfərov Hüseyn qətlə yetirilib, Səfərov Bakir və bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb. Hazırda nəşlər ailələrə verilməyib, xəsarət alanların vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.


Babullaoğlu qeyd edib ki, qətlə yetirilən şəxslərin yaxın qohumu olan Seyfəddin Hüseynli tanınmış ədəbiyyatşünas, jurnalist və tərcüməçidir. O, Səfərovlar ailəsinin üzvlərinin heç bir cinayətə qarışmadığına inandığını vurğulayıb.

Müraciətdə Rusiyanın ədəbiyyat və mədəniyyət xadimlərindən qətlə yetirilənlərin nəşlərinin ailəyə təhvil verilməsi, yaralanan və saxlanılan şəxslərin səhhəti ilə bağlı məlumatın verilməsi, onlarla ailələrin görüşünə şərait yaradılması və Səfərovlar ailəsinin digər üzvlərinin təhlükəsizliyinin təmin olunması məsələlərində dəstək istənilib.

Babullaoğlu Rusiyadakı ədəbiyyat xadimlərini bu hadisəyə biganə qalmamağa və bir ailənin faciəsinin daha da dərinləşməməsi üçün səylərini əsirgəməməyə çağırıb:

“Dünən Yekaterinburq şəhərində Rusiya hüquq mühafizə orqanları ( bəzi mənbələrin yazdığına görə SOBR, FSB, OMON, polis) tərəfindən əməliyyat, əslində basqın həyata keçirilmiş, nəticədə 50-ə yaxın azərbaycanlı həbs olunub. Rəsmi və qeyri-rəsmi mənbələrin yazdığı məlumatlara görə, guya bu əməliyyat 20-25 il əvvəl bir azərbaycanlının qətl hadisəsi ilə bağlı imiş.

Məsələ budur ki, basqın daha çox Səfərovlar ailəsinin üzvlərinin evlərinə edilib, həbs olunub götürələnlərin arasından Səfərov Ziyəddin və Səfərov Hüseyn sonradan qətl edilib, Səfərov Bakir və bir neçə adam ağır bədən xəsarəti alıblar. Bəzilərinin vəziyyəti ağırdır.
 

Hal-hazırda Səfərovlar ailəsinin qətl edilmiş üzvlərinin nəşi ailə üzvlərinə verilmir, ağır bədən xəsarəti almış və təcrid olunmuş digər insanlarla (Səfərov Bakir, Səfərov Ayaz, Səfərov Akif,
Səfərov Məzahir, Səfərov Kamal, Səfərov Məhəmməd və başqaları) ailə üzvlərinin və vəkillərin görüşünə, əlaqəsinə isə şərait yaradılmır, səhhətləri barədə ətraflı məlumat yoxdur.


İstəyirəm biləsiniz ki, mən Səfərovlar ailəsinin bir çox üzvlərini tanıyıram. Qətlə yetirilmiş Hüseyin və Ziyəddinin qardaşı Seyfəddin Hüseyinli (Səfərovla) ilə 20 ildən artıqdır ki, çiyin-çiyinə işləyirəm. Seyfəddin Hüseyinli tanınmış ədəbiyyatşünas, tərcüməçi, jurnalist, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycanda ən populyar və gündəlik nəşrin- “525-ci qəzet”in baş redaktor müavinidir, həm də rus nəsrinin tərcüməçisidir. Seyfəddinin qardaşı qətl edilən Ziyəddin Səfərovu tanıyırdım, inanclı və çox ədəbli insandı, onun hər hansı cinayətdə iştirakını ehtimal etmək belə absurddur.

Hətta ehtimal olunsa belə ki, bu əməliyyat və basqın nə vaxtsa öldürülmüş 1 nəfər azərbaycanlıya (!) görədir, bu qədər adamın basqın və xüsusi əməliyyatla həbs olunması, iki nəfərin böyük ehtimala görə amansızlıqla öldürülməsi, digərlərinin ağır bədən xəsarətləri alması məntiqsiz, hüquqi baxımdan əsassız görünür. Başqa tərəfdən, 25 il əvvəlki qətldə iştirakı ehtimal olunan konkret şəxsi müvafiq hüquqi prosedurları nəzərə alaraq həbs etmək, istintaqa cəlb etməyin yolu basqındımı?

Bu gün Rusiya hüquq mühafizə orqanlarının iştirakı ilə bir Azərbaycan ailəsində ağır faciə yaşanır. Əminəm ki, bu məsələ yalnız köhnə bir cinayətə görə deyil. Görünən budur ki, bu bizim artıq dəfələrlə şahidi olduğumuz kimi Rusiyada azərbaycanlılara təzyiqin növbəti qanlı təzahürü, milli münaqişədir. Özü də belə hallarda o Azərbaycanlıların Rusiya vətəndaşı olub-olmaması nəzərə alınmır, eynən haqqında danışdığım faciədə olduğu kimi. Əlbəttə, istisna deyil ki, bu prosesdə kimlərinsə biznes maraqları, kimlərinsə milli-etnik qəzəbi əhəmiyyətli rol oynayıb.

Hadisələri tələsdirməyin tərəfdarı deyiləm, bilirəm ki, bunu bəzən istintaqa təzyiq və müdaxilə kimi yoza bilərlər; hərçənd istintaqdan obyektiv qərar da gözləyəcək qədər də sadəlöhv deyiləm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

End of content

No more pages to load

RADİO