Tanınmış rəssamın adından DƏLƏDUZLUQ – Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? – FOTOFAKT

Görkəmli rəssam Vəcihə Səmədovanın rəsmləri adı altında başqa rəssama məxsus olduğu güman edilən əsərə sertifikat verilib.

Bu barədə Vəcihə Səmədovanın nəvəsi, rəssam Aqşin Mirfeyzullayev Bizim.Media-ya şikayətlənib. Onun sözlərinə görə, Milli İncəsənət Muzeyinin komissiyası rəsm əsərini araşdırmadan sertifikat verib.  

“Rəsmi 10 yaşında çəkib?”


“Rəsmə baxan kimi onun Vəcihə Səmədovaya aid olmadığını anladım. Amma hər ehtimala qarşı bibimə də göstərdim ki, o daha dəqiq məlumat versin. Əsəri sertifikatdan keçirən adamla şəxsən görüşdüm. Eldar Səmimi adlı həmin adam iddia edir ki, bu, rəssamın bacısının portretidir. Amma nənəm bacısının portretini tamamilə başqa üslubda işləyib. Ümumiyyətlə V.Səmədovanın tərzi, istifadə etdiyi boyalar tamamən başqadır.

Adam israr edir ki, bu rəsm Vəcihə xanımın cavanlığında çəkilib. Nənəm 41 yaşında dünyasını dəyişib, 11 il təhsil alıb. Cavanlığından da əsərləri məşhurdur. Belə çıxır ki, bu rəsmi 10 yaşında çəkib?”

Milli İncəsənət Muzeyi saxta əsərə sertifikat verib?

A.Mirfeyzullayev xatırladıb ki, Milli İncəsənət Muzeyinin rəhbəri Vəcihə Səmədova haqqında kitab yazıb və o kitabda təqdim olunan rəsmlərdə də həmin əsər yoxdu. Muzeydən bildirilib ki, son aylarda Vəcihə Səmədovanın rəsmlərinə sertifikat verilməsi ilə bağlı hər hansı müraciət daxil olmayıb. Halbuki sertifikatda rəhbərliyin imzası var.

A.Mirfeyzullayev bildirir ki, həmin portretin əsl müəllifi bəlli deyil, sadəcə Baba Əliyev adlı rəssam olduğu təxmin edilir:


“Amma əsərin özü saxta deyil, illər öncə çəkilmiş rəsmdir. Adətən Səttar Bəhlulzadə və Vəcihə Səmədovanın rəsmləri çox baha olduğu üçün hardansa bənzərini tapıb onların adlarıyla qeydiyyatdan keçirirlər. Bu Eldar adlı şəxsin işi-peşəsi budur”.

Dələduzluğa görə də həbs edilibmiş...

Qeyd edək ki, Eldar Səmimi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilmiş, 2020-ci ildə azadlığa çıxmışdı.

Eldar Səmimi "Azəriqanbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoymuşdu. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb.


Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret olub. A.Mirfeyzullayev sertifikat almış bu rəsmin həmin portret olduğunu ehtimal edir.

Məhkəməyə müraciət olunacaq...

Müsahibimiz sertifikatla bağlı məsələ araşdırıldıqdan sonra məhkəməyə müraciət olunacağını da bildirib:

“Həmçinin sertifikatı vermiş komissiyadan tələb edirik ki, bu məsələ ciddi araşdırılsın, Vəcihə Səmədovanın üslubu, özünəməxsus texnikası, rəsmlərdəki emosianallığı  ilə bağlı rəy versin. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.

Xatırladaq ki, illər öncə də Vəcihə Səmədovanın adıyla saxtakarlıq olunmuşdu. Həmin vaxt rəssamın əsərinin üzü köçürülmüşdü.  

Məsələ ilə bağlı Milli İncəsənət Muzeyinə sorğu göndərdik. Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib: 

"Vətəndaş Aqşin Mirfeyzullayevin şikayət etmək hüququna hörmətlə yanaşaraq bildiririk ki, komissiyanın növbəti iclasında əsərlə bağlı iddia ekspertlər tərəfindən nəzərdən keçiriləcək".

Mövzunu diqqətdə saxlayacağıq.










Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranın 6 kəndində qaz olmayacaq

Lənkəranın 6 kəndində qaz olmayacaq

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Vuçiçi hazırda o əvəz edir

Vuçiçi hazırda o əvəz edir

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

İranda silahlı toqquşmalar başladı – VİDEO

İranda silahlı toqquşmalar başladı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

End of content

No more pages to load

RADİO