“Vağzalı”nı əvəz edən “Toy marşı”nın MARAQLI TARİXÇƏSİ – VİDEO

Çoxdandır ki, toylarımızda “Vağzalı” sədası eşidilmir. Bu möhtəşəm musiqini qəribə melodiyalar, daha çox da “Mendelson marşı” əvəzləyib. Bu musiqi toylarda çox səsləndiyi üçün onu həm də “Toy marşı” kimi təqdim edirlər.

Bəs, “Toy marşı” necə yaranıb?

Marşın müəllifi alman bəstəkarı Feliks Mendelsondur. O bu musiqini toy üçün yox, teatr səhnəsi üçün yazıb. Belə ki, bəstəkar 1843-cü ildə Uilyam Şekspirin tamaşaya hazırlanan "Yay gecəsində yuxu" əsərinə müxtəlif musiqilər bəstələmək üçün sifariş alır. Əbədi sevginin gələcək simvolu ilk dəfə komediyanın qəhrəmanlarının “eşşək toyu”nda eşidilir.

Məşhur tamaşada belə bir səhnə var ki, elflərin kralı arvadı Titaniya ilə mübahisə edir və qəzəbli bir şəkildə tabeliyində olan işçiyə kraliçanın gözlərinə sehrli iksir tökməyi əmr edir ki, o, ilk qarşılaşdığı insana aşiq olsun. Sonra var səsi ilə qışqırır:

“Eşq pisdir, sevəcəksən, eşşək”.

Təbii ki, kraliça ilə ilk rastlaşan yük heyvanı deyil, eşşək başlı usta idi. Mendelson melodiyasının ilk versiyasını müşayiət edən tamaşanın məhz bu epizodu idi.

Deyilənə görə, bəstəkar məhəbbət süitası yazmaq fikrində deyilmiş və yeni evlənənlərin komik vəziyyətini qəsdən ironikləşdirib. Buna görə də, marşın ilk səsləri incə etiraflardan çox qəzəbli zərbələrə bənzəyir. Axı elflərin kor kraliçası eşşəyə ərə gedir!

Amma Şekspirin pyesini səhnələşdirilməsini sifariş edən Prussiya kralı IV Fridrix Vilyam tamaşadan razı qalıb. Nəzərə alaq ki, “Yay ​​gecəsində yuxu” həmin dövrdə  Almaniya, İtaliya və Böyük Britaniyada uğurla səhnələşdirilib. Sonra isə 15 il bu möhtəşəm musiqi unuduldu.

“Toy marşı” ilk dəfə kimin toyunda səslənib?

166 il əvvəl, 1858-ci ilin yanvar ayının 25-də Londonun ən qədim saraylarından birində 17 yaşlı Britaniya şahzadəsi Viktoriya Adelaida Mari Luiza Prussiyanın vəliəhdi, 25 yaşlı III Frederikə əbədi sevgisini etiraf edib. Lakin şahzadənin mərasim üçün seçdiyi musiqi olmasaydı, bu hadisə yalnız nəcib bir ailənin ailə tərcümeyi-halının səhifələrində qalardı. Bu, möhtəşəm musiqi isə alman bəstəkarı Feliks Mendelsonun “Toy marşı” idi.

Məhz həmin tarixdən başlayaraq bu melodiyanı nikahla əlaqələndirməyə başlayıblar. Beləcə bütün toy və nikah mərasimlərində bir qayda olaraq “Toy marşı” səslənməyə başladı...

Toy marşının ikinci həyatı
 

Gənc gəlinin mərasim üçün Mendelsonun marşını seçməsi təsadüfi deyildi. Viktoriyanın musiqiyə böyük sevgisi var idi. Bir çox bəstəkarları şəxsən tanıyırdı və teatr premyeralarında iştirak edirdi. Evlilik həyatının ilk günü o, "Lohenqrin" operasından Vaqnerin "Toy xoru"nu və Mendelsonun "Toy marşı"nı seçib. Birinci melodiya ilə gəlini qurbangaha aparırlar, ikinci ilə isə cütlük kilsəni tərk etdi. Beləcə, “Toy marşı” toyların saundtrekinə çevrildi. Bu musiqi III Frederikin şəxsi həyatında öz izini buraxdı. Gələcək kral ölümünə qədər 30 il həyat yoldaşı ilə xoşbəxt yaşadı. Onların dörd oğlu və dörd qızı oldu.


Xoşbəxt evlilik və Mendelsonun qarşılıqsız sevgisi

Nəzərə alaq ki, bu musiqi gənc Feleksə çox böyük uğur gətirdi. 17 yaşındaykən o artıq məşhur alman bəstəkarı kimi tanınırdı. Onu məşhur Frankfurt evlərində qəbul edir, əsərlərini sifariş verirdilər. Üstəlik, o çoxsaylı tədbirlərə dəvət alırdı.  

Mendelson gələcək həyat yoldaşı ilə də belə sosial tədbirin birində tanış oldu. Qız Frankfurtun nüfuzlu ailələrinin birində böyümüşdü. Cecilia Jeanrenot bəstəkardan 8 səkkiz yaş böyük idi. Onların aralarında münasibət başlarır və tezliklə cütlük toy etməyə hazırlaşır. Ancaq XIX əsrin dini ənənələrinə görə, Hugenotların başqa dinlərin nümayəndələri ilə evlənməsi qadağan idi. Cecilia Jeanrenot Hugenot, Feliks Mendelson isə yəhudi idi.

Bu, Hugenotlar arasında qəbul edilmədiyi üçün qız dinini dəyişməli olur.

Bəyin peşəsinə baxmayaraq, Feliks Mendelson və Cecilia Jeanrenotun toyunda heç bir melodiya ifa edilməyib. 1836-cı ildə Frankfurtda evlənən cütlük 10 il birgə, mehriban yaşayıb.

Lakin qəfil gələn eşq hər şeyi dəyişdi.

Belə ki, böyük bəstəkar teatrdakı karyerasında yaxından köməklik edən İsveç opera müğənnisi Cenni Lindlə eşq yaşamağa başlayır. Mendelson sevgilisinə ailəni tərk edəcəyini, onunla birlikdə Amerikaya qaçacağını və evlənəcəyini vəd etsə də, müğənni ondan imtina edir.

Bəstəkar dərin depressiyaya düşür. Lakin bunun öhdəsindən gəlməyi bacarır və "Toy marşı" kimi dünya musiqisinin klassikinə çevrilən “E minorda unikal skripka” konsertini yazır.

Mendelson 1847-ci ildə uğurlu karyerasının ikinci dalğasını yaşamadan vəfat edib. Çox erkən vəfat etsə də o, Almaniyanın ən yaxşı və istedadlı bəstəkarlarından biri hesab olunur.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bioloji yaşı necə hesablamaq olar?

Bioloji yaşı necə hesablamaq olar?

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

End of content

No more pages to load

RADİO