Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına DAXİL EDİLDİ

"Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada İslam Dünyası İrs Komitəsinin iclası başladı - FOTO


Bildirilib ki, 8-9 oktyabr tarixlərində 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyan Şuşa şəhərində ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası keçirilir. Oktyabrın 9-da sessiya işini davam etdirib. Üçüncü iclasda İslam Dünyasının İrs Siyahısına təqdim edilmiş müxtəlif nominasiyalar nəzərdən keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş “Şuşa Tarix-Memarlıq Qoruğu” və “Ağdam İmarət Kompleksi və Cümə məscidi” adlı iki nominasiyanın ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə təklif müzakirə olunub. Əvvəlcə ICESCO-nun İslam Dünyası İrs Komitəsində ölkəmizi təmsil edən ekspert Rizvan Bayramovun çıxışı dinlənilib.

Daha sonra Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı “Ağdamın inciləri” adlı təqdimatla çıxış edib.

Təqdimatda Ağdamın mədəni irsi ilə bağlı 4 dörd dövr – yaradılış (Qarabağ xanlığı dövrü və XIX əsr), mədəniyyət institutlarının inkişafı (1993-cü ilə qədər), işğal və kultursid (1993–2020-ci illər) və mədəniyyətin canlandırılması (2020-dən sonra) diqqətə çatdırılıb. İştirakçılar “İmarət” Kompleksi, Cümə məscidi, Ağdam Dövlət Dram Teatrı, Çörək Muzeyi, Çay evi kimi simvolik abidələrin müxtəlif dövrlərdə olan vəziyyətini əks etdirən fotomateriallarla tanış olublar.

İclasda mədəni irsin bərpa edilməsində Azərbaycan təcrübəsinin bütün dünyada postmünaqişə zonalarında mədəni irsin canlandırılması üçün unikal model olduğu vurğulanıb. Komitənin Şuşada gerçəkləşən 12-ci sessiyası ölkəmiz üçün xüsusilə əlamətdar olub. Müzakirələrdən sonra komitə üzvləri tərəfindən Azərbaycanın “Şuşa Tarix-Memarlıq Qoruğu” və “Ağdam İmarət Kompleksi və Cümə məscidi” adlı iki nominasiyanın İslam Dünyası İrsinin İlkin Siyahısına salınması barədə qərar qəbul edilib.

Bununla da adıçəkilən nominasiyaların növbəti illərdə İslam Dünyasının İrs Siyahısına daxil edilməsi üçün zəmin yaranıb.

Qeyd edək ki, Mərakeş Krallığının paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında (2019) ölkəmizdən İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri ICESCO-nun İslam Dünyasının İrs Siyahısına salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO