İsraildə azərbaycanlı rejissorun filmləri nümayiş etdirildi - FOTO

“AZİZ” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan rejissoru Rüfət Əsədovla sözügedən ölkənin bir neçə şəhərində görüş keçirilib, filmləri nümayiş etdirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə, Afula şəhərində Azərbaycanda etnik birgəyaşayış və tolerantlığa həsr olunmuş toplantı keçirilib, tədbirin ardınca isə R. Əsədovun “Peyğəmbər Yereminin göz yaşları” və “Məbədə gedən yol” filmləri nümayiş etdirilib.

Qeyd edək ki, birinci film Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana olan məhəbbətindən bəhs edir. İkinci ekran əsərində isə Azərbaycan dini tolerantlığın və birgəyaşayışın özünəməxsus məkanı kimi tərənnüm olunur.

Rejissorla növbəti görüş İsrailin paytaxtı Tel-Əviv şəhərində reallaşıb. Görüşdə Azərbaycan-İsrail dostluğunun əhəmiyyətindən bəhs olunub, Azərbaycan Respublikasının multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən olduğu vurğulanıb, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin hüquqlarının yüksək səviyyədə təmin edildiyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan Respublikasının İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov, İsrail ictimaiyyətinin tanınmış nümayəndələri, elm xadimləri, sözügedən ölkədə fəaliyyət göstərən azərbaycanlı icmasının fəalları iştirak ediblər. Görüşdən sonra rejissorun yeni ekran əsəri olan “Ana duası” filminin təqdimatı keçirilib.

Film Azərbaycan dağ yəhudilərinin ölkəmizin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunub.
 

“Ana duası” filminin növbəti təqdimatı Yerusəlim meriyasının təşkilatçılığı ilə Yerusəlim rus kitabxanasında keçirilib. Tədbirdən sonra Yerusəlim merinin müşaviri Yelena Jarovskaya xalqlar dostluğunu təbliğ etdiyinə görə rejissora sözügedən şəhərin meri Moşe Lionun şəxsi təşəkkür məktubunu təqdim edib.


Rejissor Rüfət Əsədov minnətdarlıq edərək bildirib ki, İsraildə hazırda müharibə qaydalarının hökm sürməsinə baxmayaraq, Azərbaycan diasporunun və İsrail mədəni ictimaiyyətinin xüsusi diqqəti sayəsində görüşlər yüksək səviyyədə keçirilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO