QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib – FOTO

22 sentyabr 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhərində “Qarabağ gecəsi - Şuşa” adlı xeyriyyə konserti keçirilib.

Bizim.Media xəbər verir ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan və QDF tərəfindən “YAMAHA” istehsalı olan böyük konsert royalının Şuşa şəhərinə hədiyyə edilməsinə həsr edilən konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri və Şuşa sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib:


“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Artıq ənənə halını alan “Qarabağ gecəsi” xeyriyyə konserti də doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə keçirilir.

Bu konsert artıq 3 dəfə Bakı və Gəncə şəhərlərində keçirilib və məhz onun keçirilməsindən əldə edilən ianələr hesabına bu gözəl royal musiqi aləti alınaraq Şuşa şəhərinə hədiyyə edilib.



Onu da bildirim ki, həm öncəki konsertlər, həm də bugünkü konsert maestro Fərhad Bədəlbəylinin təşəbbüsü ilə keçirilib. İnanıram ki, bu gün Şuşa şəhərinə hədiyyə edəcəyimiz bu musiqi aləti Şuşanın əvvəlki musiqi şöhrətini özünə qaytarmasına böyük töhfə verəcək”.

Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli çıxış edərək “Qarabağ gecəsi” xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşüb, onun işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq vurğulayıb.


Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artistləri Fərhad Bədəlbəyli və dünya şöhrətli tenor Yusif Eyvazov, solistlər Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Qəmər Kərimli (violin), eləcə də Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir saatdan artıq davam edən konsert zamanı qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.

Dünya şöhrətli tenor Yusif Eyvazov Azərbaycan klassik musiqisi ilə yanaşı, İtaliya klassik musiqisini, o cümlədən Neapol mahnılarını böyük məharətlə ifa edib.

Eyni zamanda maestro Fərhad Bədəlbəylinin bəstələdiyi “Dəniz” kompozisiyası və “Ave Maria” əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.


Konserdən sonra Şuşa şəhər sakini, filologiya elmləri doktoru İlhami Cəfərsoylu çıxış edərək işğaldan azad edilmiş ərazilərin, o cümlədən Şuşa şəhərinin bərpasına verdikləri töhfəyə görə konsertin bütün təşkilatçılarına dərin təşəkkürünü bildirib.

Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə təşkil olunan “Qarabağ gecəsi” xeyriyyə konsertinin keçirilməsi fondun müxtəlif illərdə korporativ donorları, o cümlədən “Avrora Qrup”, “İTALDIZAYN” QSC, Veysəloğlu Şirkətlər Qrupu, “Azərlotereya” ASC və “Reform Group” MMC-nin dəstəyi ilə təşkil olunub.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO