Anarın qızı dəbdəbəli kitab təqdimatı keçirəcək


19 may 2016-cı il tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-publisist Günel Anarqızının "Seçilənlər" kitabının təqdimatı və musiqili ədəbi gecə keçiriləcək.

Moderator.az xəbər verir ki, kitaba müəllifin 15 il ərzində qələmə aldığı müxtəlif səpkili yazıları - müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir. Bu yazıların əksəriyyəti müxtəlif vaxtlarda Günel Anarqızının yaradıcısı və baş redaktoru olduğu ANS- pressin "El", Mədəniyyət və Turizm Nazirliyinin "Pəncərə (mədəniyyətə baxış)", Diasporla İş üzrə Dövlət Komitəsinin "Ölkəm" jurnallarında, eləcə də başqa mətbu orqanlarda çap edilib. 

"Seçilənlər" kitabında oxucular dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, Xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərxad Xəlilov, Altay Sadıxzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esselər, unudulmaz şairlərimiz Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bunyadov, Şən və Hazırcavablar Klubunun kapitanı Anar Məmmədxanov, gözəl pianoçu Elmira Səfərovaya və adlarını mədəniyyət tarixinə qızıl hərflərlə həkk etmiş onlarla başqa böyük sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb. Ümumilikdə, incəsənətin müxtəlif sahələrini, eləcə də Azərbaycan diasporunun fəaliyyətini əhatə edən və doqquz bölümdən ibarət olan "Seçilənlər"də oxucu 50-dən artıq olduqca maraqlı və oxunaqlı yazıyla tanış ola bilər.
Kitabın təqdimatına həsr olunmuş ədəbi musiqili gecədə kitabda yer alan, seçilən sənətkarlar, opera müğənniləri Fidan və Xuraman Qasımovalar, xanəndələr Alim və Fərqanə Qasımovlar, pianoçu Murad Hüseynov, aktrisa Mehriban Zəki, vokal instrumental "Qaya" qrupu və s. tanınmış artistlərimiz iştirak edəcəklər. Gecənin aparıcıları Nərgiz Cəlilova və Murad Dadaşovdur.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ oldu

Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ oldu

Yandırılan Türkiyə bayrağının işığında ifşa olunan ERMƏNİ RADİKALİZMİ

Yandırılan Türkiyə bayrağının işığında ifşa olunan ERMƏNİ RADİKALİZMİ

Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!

Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!

DİQQƏT! Şagirdlərin yerdəyişməsi dayandırılır – BU TARİXDƏN

DİQQƏT! Şagirdlərin yerdəyişməsi dayandırılır – BU TARİXDƏN

“Neftçi”nin hücumçusu sağaldı – “Qarabağ”a qarşı OYNAYA BİLƏCƏK

“Neftçi”nin hücumçusu sağaldı – “Qarabağ”a qarşı OYNAYA BİLƏCƏK

Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTO

Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTO

TƏBİB-dən kadr islahatları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən kadr islahatları ilə bağlı AÇIQLAMA

Bakıda Atatürk və Antena parkları birləşdirilir – FOTO

Bakıda Atatürk və Antena parkları birləşdirilir – FOTO

Efirdə qalmaqal yaşayan Nüşabəylə Ofelya BARIŞDI: “Yanındayam...” - VİDEO

Efirdə qalmaqal yaşayan Nüşabəylə Ofelya BARIŞDI: “Yanındayam...” - VİDEO

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

Məktəbəhazırlıq qruplarında tədrisi niyə ibtidai sinif müəllimləri APARIR?

“Komedixana”nın aktrisası bu tanınmış evli şəxs ilə eşq yaşayırmış – ŞOK

“Komedixana”nın aktrisası bu tanınmış evli şəxs ilə eşq yaşayırmış – ŞOK

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA

"Neftçi"dən Elvin Cəfərquliyevin transfer xəbərinə REAKSİYA

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Güclü külək əsir - FAKTİKİ HAVA

Güclü külək əsir - FAKTİKİ HAVA

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

End of content

No more pages to load

RADİO