"Bir neçə nəfəri çıxmaq şərtilə normal siyasətçi görməmişəm"

İstedadlı aktyor olmaq mümkündür, ancaq istedadlı olmaqla yanaşı həm də yaraşıqlı, cazibədar aktyor olmaq tanrı vergisidir məncə. Beləsi də bəlkə yüz nəfərdən biri ola, ya olmaya. Bu dəfəki həmsöhbətimiz məhz belə bir aktyor oldu. Azərbaycan kino tarixinə Nəsimi, Babək, Beyrək kimi rolları ilə öz möhürünü vurmuş xalq artistimiz Rasim Balayev suallarımızı cavablandırdı.xa0

- Rasim müəllim, bir ara səhətinizlə bağlı tamaşaçılarınızı yaman qorxutdunuz. İndi necəsiniz?

- İndi yaxşıyam.

- Yüksək ödüllər, fəxri adlar almısınız. Hazırda həmin mükafatlara layiq bir həyat yaşaya bilirsinizmi? Maddi durumunuz ulduz həyatı yaşamağa imkan verirmi?

- Maddi durumda təbii ki, problemlər var, qiymətlərin bahalaşması öz təsirini göstərib. Düzdür, mən prezident təqaüdü alıram, amma mənə yaşa görə çox az təqaüd verdilər. Baxmayaraq ki, zamanında yüksək əməkhaqqı almışam, sosial fondun büdcəsinə çox pul ödəmişəm. Onun müqabilində mənə 150 manat pensiya verdilər. İnsan yaşa dolduqca həkim, dərman ehtiyacları çoxalır, hazırda bunlar da çox bahadır. Ona görə də mənimçün indi bir qədər çətindir.

- Üç il əvvəl Kinematoqrafçılar İttifaqından da istefa verdiniz. İndi hansısa işlə məşğulsunuzmu?xa0

- Yox, indi heç bir yerə işləmirəm.xa0

- Yaradıcılığınızda nə kimi yeniliklər var? “Sülhün səfiri”x9dndən sonra hansısa filmə çəkilmədinizmi?

- Bu yaxınlarda yeni bir filmə çəkildim. Filmi cavan bir oğlan çəkirdi, çəkilişlər təzəcə bitdi. Deyəsən həmin film aprel ayında nümayiş olunacaq. Düzü heç bilmirəm ki, nəticə necə olacaq, amma çəkildim də.

- İndiyə qədər hardasa 160 filmdə adınız keçir, çoxsunda da baş rola çəkilmisiniz. Bu rəqəm həmkarlarınız arasında daha çox qıcıq yaradıb, yoxsa uğurlarınıza sevinənlər çoxluq təşkil edib?xa0

- Düzünü deyim ki, mən elə məsələlərlə maraqlanmamışam. Kim sevindi, kim sevinmədi deyə düşünməmişəm. Heç kimə indiyəcən bir psiliyim dəyməyib, heç kimin arxasıyca danışmamışam. Adamlar var ki, ay filankəs belə gəldi, elə getdi deyir, amma mən elə adam olmamışam. Başımı aşağı salıb öz işimi görmüşəm. Bəlkə də kiminsə xoşuna gəlmişəm, kiminsə xoşuna gəlməmişəm, ancaq bunu mən deyə bilmərəm. Ola bilsin ki, kiminsə daxilində mənə qarşı müəyyən münasibət olub, ancaq büruzə verməyib. Çünki mən hamıya qarşı yaxşı olmuşam, hamının uğuruna sevinmişəm, heç kimlə kəllə-kəlləyə gəlməmişəm.

- Bəzi sənət adamlarından fərqli olaraq hər zaman siyasətdən kənar gəzmisiniz. Sizi hər hansı bir siyasi məsələnin içinə çəkməyə çalışsalar belə uzaq durmağı bacarmısınız. Maraqlıdır ki, sırf sənət, mədəniyyət adamı olduğunuza görə siyasətdən uzaqsınız, yoxsa gerçəkdən də ölkədə baş verən iqtisadi-siyasi proseslər sizə təsir etmir?

- Siyasət özü ayrıca peşədir, gərək onunla yaxından məşğul olasan. Bir neçə nəfəri çıxmaq şərtilə Azərbaycanda heç normal siyasətçi görməmişəm. Gördüklərim də əslində nəyinsə naminə, hansısa mənafeyə görə siyasətlə məşğul olublar, əsl siyasətçilər çox az olub. Odur ki, mən o işlə məşğul olmamışam, siyasətlə ya gərək ürəkdən məşğul olasan, ya da yarımçılıq məşğul olmayasan. Mən də yarımçılıq sevən adam deyiləm, ona görə də bu işdən kənar olmuşam. Təbii ki, insan kimi, ölkənin vətəndaşı kimi müəyyən məsələlər olub ki, öz etirazımı bildirmişəm. Ancaq özümü siyasətçi kimi təqdim etməmişəm.

- Bir dövr yarandı ki, Azərbaycan mədəniyyətində, incəsənətində öz sözünü demiş, imzasını atmış sənətkarlar ölkədən uzaqlaşdılar. Xarici ölkələrdə, xüsusən də Türkiyədə həyat və fəaliyyətlərini davam etdirdilər. Nə zamansa sizin də belə bir istəyiniz olubmu?xa0

- Qeyd edim ki, hardasa 15 ildir mən bekar oturmuşam. Düzdür, arabir bəzi filmlərə çəkilmişəm, ancaq tam ürəyimcə olmayıb. Hələ illər qabaq Türkiyədə bir neçə filmə çəkilirdim, həmin ərəfədə də məni orada saxlamaq istəyirdilər. Yaxşı da imkanlar yaradırdılar, yüksək əməkhaqqı verəcəkdilər, amma mən qalmadım, çünki kənarda qala bilmirəm. Harasa on beş günlük istirahətə yollananda belə həmin müddətin bitməsini səbrsizliklə gözləyirəm. Bu da bir xarakterdir, hər adamda bir formadadır. Adam var ki, gedir, illərlə qalır, heç gəlməsə də kefinə deyil. Bu o demək deyil ki, mən bu vətəni çox sevirəm, amma o sevmir. Sadəcə belə adamlar var ki, ölkədən kənarda yaşaya bilir, ancaq mən yaşaya bilmərəm. Bilirsiz, o adamlar sənətlə məşğul olmağa gediblərsə, bu yaxşıdır. Demək ki, burda işi alınmır, biznesini qurmağa, işləməyə imkan vemirlər, gedib xaricdə, özünə şərait qurur. Azərbaycan lobbisi ilə görüşümdə onlardan soruşdum ki, niyə ölkədən gediblər. Dedilər ki, bizə imkan vermədilər, ona görə də bura gəldik, heç kimin də bizlə işi yoxdur, rahat işləyirik. Demək ki, orada onlara şərait var, işləyirlər.
xa0
- İndiyə qədər getməmisinizsə yəqin ki, bundan sonra da belə bir fikriniz olmaz?xa0

- Bundan sonra kimə lazımam, yaşlı vaxtımda hara gedə bilərəm, bundan sonra gedib nə edə bilərəm ki. Bəlkə də indi 30 yaşında olsaydım gedərdim, onda da Amerikaya, İngiltərəyə yox, ancaq Türkiyəyə. Amma bundan sonra yox, getmərəm.

- Rasim Balayev sənətdə ulduzu tez parlayan aktyorlardan oldu. Hələ 24 yaşındaykən demək olar ki, sizi tanıdılar, sevdilər. Bu uğuru zahiri görkəminizə, yaraşıqlı kişi olduğunuza görə qazandınız, yoxsa ki, istedadlı aktyor kimi?xa0

- Yəqin ki, burada bir çox amillər var. Allahın verdiyi tale də var, “Nəsimi”x9d filminin mənim o yaşıma uyğun vaxtda çəkilməyi, həmin ərəfədə Nəsimin 600 illiyinin keçirilməyi təsadüf ola bilməzdi, indi niyə keçirilmir bəs. Hər zaman yarı zarafat, yarı gerçək deyirəm ki, dünyanın ən böyük rejissoru Allahdır. Bu elə gətirdi ki, o illərdə mən də institutu təzə bitirmişdim. Nəsimin yubileyinin keçirilməsi, mənim o rola uyğun gəlməyim, filmin uğurlu alınması və s. bunlar hamısı Allahın işiydi, həm də bir şans, tale məsələsi. Bir də görürük ki, müəyyən adamlara nəsib olur, kimlərəsə nəsib olmur. Yaraşıq olmasaydı, rola uyğun görkəmim olmasaydı kim idi məni o rola seçən.xa0

- Sənətin zirvəsini fəth etməyə yardımçı olan yaraşıq şəxsi həyatınızda, ailədə problemlər yaşatmadı ki? Çünki siz aktyor kimi seviləndə artıq ailəliydiniz.xa0

- Yox, olmadı. Düzdür, cavanlıqda müəyyən qısqanclıqlar-filan olurdu. Hamı mənə baxırdı, məktublar yazırdlar, zənglər edirdilər və bunlar da yüngülvari narahatçılıq yaradırdı. Ancaq sonradan bütün bunlar adiləşdi, evdə hiss elədilər, gördülər ki, bütün bunlar sənətimlə bağlıdır. Əgər mühəndis olsaydım əlbəttə ki, məni ancaq ev tikdirənlər arayıb, axtaracaqdı.xa0

- Bildiyim qədər o zaman vəzifəli, tanınmış şəxslərin övladları arasında da sizə vurulanlar, dərdinizdən ölənlər çox olub. Hətta premyeralarda zalın ön sırasında əyləşib sizi yaxından görməyə can atırlarmış. Həmin tanınmışların övladlarından sevgi etirafları alırdınızmı?xa0

- O vaxt mənə tamaşaçıların əksəriyyəti öz münasibətini bildirirdi. İndiki kimi internet-filan yox idi, məktub yazırdılar. Ünvanımı bilmədiklərindən ya telestudiyaya, ya da kinostudiyaya məktublar göndərirdilər, telestudiyaya gedəndə mənə 50 məktubu birdən verirdilər. Bir də görürdün ki, Rusiyada “Sovetskiy ekran”x9d jurnalına yazırdılar. Hiss edirdim ki, məktubların əksəriyəti sənətə, ekrana, filmə görədir. Düzdür, aralarında məhəbbət məktubları da olurdu, ancaq o qədər də əhəmiyyət vermirdim. Çünki siz demiş, mən artıq ailəli idim, uşaqlarım vardı. Heç o vaxt məktublarla maraqlanmağa vaxtım belə yox idi, təxmininən 1935-37-ci illərin necə gəlib keçdiyini heç bilmədim. Həmin illərdə üç filmə çəkilirdim, ikisi burda, biri də Orta Asiyada. Təyyarəylə ora-bura qaçmaqdan yorulurdum, nə işdən macal var idi, nə də marağım. Marağım ancaq o idi ki, çəkilim, ancaq çəkilim, yaxşı filmlərdə oynayım.xa0

- Həmin vaxt ailəli olmasaydınız o məktublarla maraqlanardınızmı?xa0

- Əgər ailəli olmasaydım ola bilərdi ki, maraqlanardım. Bəlkə də biri ilə ailə də qurardım. Ancaq olmadı.xa0

- Filmə çəkildiyiniz illərdə həm Azərbaycanın gözəl aktrisaları, həm də xarici ölkələrin çox gözəl aktrisaları ilə tanış olmaq imkanınız vardı. Həm tərəf müqabili olurdunuz, həm də festivallarda ünsiyyət qura bilirdiniz. Ailəli olmasaydınız məsələn, Fatma Girik kimi Türkiyəli gözəli aktrisa ilə evlənərdinizmi?xa0

- Mən sənət adamı ilə ailə qurmazdım. Başqa məsələyə görə yox, sadəcə ailədə hər iki nəfərin sənət adamı olması diskomfort yaradardı. Ailədə gərək mütləq biri uşaqlarla, ailəylə məşğul olsun, digəri sənətlə. Hər ikisi sənətlə məşğul olanda uşaq da məcburi dayə ilə qalmalıydı. Uşaqların dayə yanında böyüməsi isə mənim o qədər də xoşuma gəlmir.
xa0
- Sizin “Sən həmişə mənimləsən”x9d teletmaşasında canlandırdığınız Həsənzadə xa0obrazını Nəsimidən də, Babəkdən də, Beyrəkdən də çox bəyənirəm. Təxmini götürəndə indi Həsənzadə ilə eyni yaşdasınız, bu yaşınızda real həyatda Nargiləylə rastlaşdınızmı heç?xa0

- Yox, vallah. Çünki artıq Nargilələr də yoxdur. İndiki Nargilələr hesabla yaşayan Nargilələrdir. Görürük ki, cavan bir qız evi-eşiyi, maşını, yaxşı imkanı olan yaşlı adama hesabla ərə gedir. Düzdür, aralarında qəribə bir məhəbbət də ola bilər, amma əksəriyyəti maddiyatı nəzərə alır. Elə düşünürlər ki, ərə gedim, onsuz da iki-üç ilə kişi ölüb gedəcək, var-dövləti mənə qalacaq.

- “Həm ziyarət, həm ticarət”x9d filmində Davud obrazını canlandırdınız. Babək rolunun ifaçısı fırıldaqçı Davudu oynamaqdan ehtiyat etmədi ki? Tamaşaçıların sevgisini itirməkdən qorxmadınız ki, bu rolu oynayanda?

- Düzdür, tamaşaçı buna görə məni bir az qınadı. Amma mən aktyoram, həyatda nə Babəkəm, nə Nəsimiyəm, nə də Davudam. Həyatda mən Rasiməm, onların heç birinə bənzəmirəm. Ömür boyu da müxtəlif xarakterli rollar oynamağa çalışmışam. Eyni xarakterli rollar oynamaq istəməmişəm ki, bu rolun filan rola oxşayır deməsinlər. Hələ çoxdan arzum var ki, bir tragikomik rol oynayam, dərin psixoloji rol oynayam. Mənfi obraz oynamaq məni heç zaman qorxutmayıb. Bəzən tamaşaçı tərəfindən məktublar, müraciətlər suallar daxil olub. Ancaq düşünmüşəm ki, onlar səhv edirlər, mən aktyoram və öz rolumu oynamışam. Mənə nə Davud kimi baxılmalıdır, nə xa0Babək kimi, nə də Nəsimi kimi. Mən onların obrazını canlandırmışam, özümü təkrar etməmək üçün də müxtəlif xarakterli obrazlar oynamaq istəmişəm.

- Bildiyim qədər mütaliəni çox sevmisiz. Oxuduğunuz əsərlərdə özünüzü tapa bilmisinizmi?xa0

- Cavanlıqda oxuduğum əsərlərin qəhrəmanının yerinə özümü qoyurdum, amma indi yox. İndi bədii ədəbiyyat yox, daha çox dini kitablar mütaliə edirəm. “Komsomolskaya pravda”x9d, “Arqumentı i faktı”x9d kimi rus qəzetlərini oxuyuram. Maraqlı şeir kitabları var, arada onları vərəqləyirəm və elə onlarla da yatıram. 40 ilə yaxındır ki, səhhətimə ziyanlı olsa belə uzanıb kitab oxumadan yata bilmirəm.xa0

- Oynadığınız iki tamaşanı saymasaq nədənsə teatrda fəaliyyət göstərmədiniz. İndi peşman olmursunuzmu ki, buna görə? Teatrda qalsaydım bəlkə də hansısa teatrın rəhbəri olardım deyə düşündüyünüz olurmu?

- Teatrın yaxşı vaxtlarında, Tofiq Kazımov, Mehdi Məmmədov kimi yaxşı rejissorlar olanda tamaşalarda oynamağa mənim vaxtım yox idi. Ancaq filmlərə çəkilməklə məşğul idim. Vaxtım olanda da teatrın repertuarı, ordakı rejissorlar, ab-hava xoşuma gəlmədi. Teatr rəhbəri olmağa gəlincə, deyim ki, mən heç vaxt rəhbər iddiasında olmamışam. Mən aktyoram, təşkilatçılıq işində bir qədər işləsəm də ürəyimcə olmayıb. Hər zaman fikrim kinoda çəkilmək olub. Bu gün teatra getmək istərdim, amma repertuar yoxdur, ona görə də getmirəm.xa0

- Bir dəfə də seriala çəkildiniz, ancaq nədənsə davamı gəlmədi...

- Seriala çəkildim, ancaq baxanda özümdən xoşum gəlmədi. Ona görə də dedim ki, daha seriala çəkilməyəcəm. Çünki seriallar xalturadı, əsl sənət deyil, bir günün içində, səhərdən gecə saat on ikiyə qədər bir filmin yarı materialını çəkirdilər. Xaltura olduğunu gördüm deyə daha seriala getmədim.

- Zaman getdikcə dəyərli sənətkarlarımızın sırası azalır. İndi yetişən nəslin həmin sənətkarların yerini dolduracağına inamınız varmı?

- xa0Yox, indi yoxdur. Ola bilər ki, sonradan yaransın, ancaq bilirəm ki, mən o günü görməyəcəm. Çünki bu çox uzun bir prosesdir, üç-beş ilə əmələ gələn iş deyil. 60-70-ci illərdə bu yaranmışdı, ancaq sonradan tənəzzülə getdi, hazırda da tənəzzül davam edir. Çünki İncəsənət Universitetinə, ümumiyyətlə sənət məktəblərinə qəbul düzgün qurulmayıb. Bizim vaxtımızda sənət adamlarını daha yaxşı seçirdilər, bu gün isə seçə bilmirlər. Çünki indi əsas test imtahanıdır, sənətdən yaxşı qiymət alan gedib testdən kəsilir. Halbuki həmin adamın səhnə üçün yarandığı aydın görünür. Görürsən ki, Texniki Universitetə qəbul olmaq istəyən tələbə az bal topladığı üçün gəlib aktyorluğa düşüb. Ondan da nə sənət adamı olacaq axı. İtirdiyimiz sənətkarlarımızdakı eşqi, məhəbbəti, sənətə vurğunluğu indiki nəsldə görmürəm. İndiki nəsl hər şeyi pulla ölçür, o dəqiqə "novostroyka"da ev, bahalı maşın, barmaqla göstərilmələrini arzulayırlar. Belə olmur, gərək əvvəlcə sənətin ola, bu sənətə vurğun olasan, bu sənəti Məcnun Leylini sevən kimi sevəsən. Ondan sonra pul da, şöhrət də gəlib səni tapacaq. xa0

- Bildiyim qədər pedaqoji fəaliyyətlə məşğul olmamısınız. Fərdi qaydada olsa belə sizə öyrənmək üçün müraciət edənlər olubmu?xa0

- Əgər ürəkdən xahiş edən olsaydı, görsəydim ki, bu adamda eşq var, onunla məşğul olardım. Amma heç kim müraciət etməyib, demək ki, o eşq, məhəbbət yoxdur. Bəlkə heç yaxşı müəllim ola bilmərəm, yaxşı müəllim olmaq böyük şərtdir. Ola bilsin ki, heç məndə bildiyimi kifayət qədər öyrətmək bacarığı yoxdur. xa0Bir dəfə müəllim kimi fəaliyyət göstərmək istədim, ancaq gördüm ki, tələbələr auditoriyaya yığışmadı, dedilər ki, gözləyin bir-bir gələcəklər, mən də jurnalı qoyub çıxdım. Biz tələbə olanda bilirdik ki, Mehdi Məmmədov saat 12-də dərsə gələcək, saat 10-dan yığışıb onu gözləyirdik. Düzdür, mən Mehdi Məmmədov ola bilmərəm, ancaq elə adamam ki, tələbəyə asanlıqla sənət vermərəm, tələbə gərək özü məndən qoparda bilsin. Gördüm ki, o qopardan tələbələr yoxdur, ona görə də pedaqoji fəaliyyətlə məşğul olmadım. Bu sənətin zirvəsi yoxdur, mən elə günü bu gün də yaxşı xarici filmlərə baxıb öyrənirəm. Şərt o deyil ki, mütləq auditoriyada nəsə öyrənəsən. Öyrənmək istəyən mənim rollarımı izləyərək də öyrənə bilər.
xa0xa0
- O vaxt Tofiq Tağızadə nəyə görə sizi Dədə Qorqud filminə çəkmək istəmirdi? Məhz Nodar Şaşıqoğlunu çəkmək istədiyinə görəmi, yoxsa ki, sizinlə hər hansı problemi var idi?
xa0
- Tofiq Tağızadə mənim illərimin rejissoru deyildi. Mən kinostudiyaya gələndə o artıq qoca kişiydi və özünün komandası var idi. Ona görə də mənim Beyrək roluna çəkilməyimi istəmirdi. Yoxsa ki, münasibətlərimiz yaxşı idi, heç bir problem yox idi.xa0

- “Firəngiz”x9d teletamaşasında tərəf müqabiliniz olan aktrisa Vəfa Fətullayeva çox erkən vəfat etdi. Xatirinizdə necə qalıb Vəfa xanım?

- Çox yaşı qız idi Vəfa, tərbiyəli insan, yaxşı aktrisa idi. Təəssüf ki, çox cavan rəhmətə getdi. Vəfa Fətullayeva ilə elə bircə dəfə “Firəngiz”x9d tamaşasında oynamışdım, Firəngizin əri rolunda. Çox gözəl insan idi.

- Son sualımızı tamaşaçılarınızın, sosial şəbəkə istifadəçilərinin adından ünvanlamaq istəyirəm. Sosial şəbəkələrdən istifadə edirsinizmi?xa0

- Heç bir sosial şəbəkədən istifadə etmirəm, ümumiyyətlə kompyuterə yaxın durmuram. Yadımdadır ki, 20 il qabaq kompyuter xa0təzə çıxanda gəlib bizə də dedilər. Beş on nəfər kino işçisi idik, dedim ki, bilmirəm neçə il ömrüm qalıb, ancaq onu bilirəm ki, kompyuter xəstəlikdir. Bəzən görürəm ki, oğlum səhər beşə kimi kompyuterin qabağında oturub, deyirəm ay bala, dur get yat, bu başdan-ayağa xəstəlikdir. Düzdür kompyuter maraqlıdır, ancaq əndazəsində olanda, uzağı yarım saat, bir saat. Bir də görürsən ki, sutkalarla kompyuter arxasında əyləşilər. Getdikcə sanki insanlar da robortlaşır, səmimiyyət, ünsiyyət yoxa çıxır, hal-əhvalı da mesajla soruşurlar. Yadımdadır ki, keçmişdə, uşaqlar, dostlar, qohumlar yığışardıq, Allah verəndən yeyib dərdləşərdik, danışıb-gülərdük. Amma indi o münasibət yoxdur, insanlar ancaq telefonla ünsiyyət qurur. Ev-eşik tikdirmişəm, amma aylarla bizə qonaq gəlmir, düşünürəm ki, bu nədir, axı əvvəllər bizə tez-tez qonaq gələrdi. İndi elə bil adamlar bir-birindən soyuyub.xa0

Rumiyyə MİRASLAN
Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşaxtaranların nəzərinə: onminlərlə vakansiya var - VİDEO

İşaxtaranların nəzərinə: onminlərlə vakansiya var - VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Xuraman Şuşalı hovuzdan görüntülərini paylaşdı – VİDEO

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

Gözünüzün içinə baxıb yalan danışırlar: Həqiqəti ustalıqla gizlədən BÜRCLƏR

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

Pentaqon yeni silahlar alır: Dronlar lazerlərlə vurulacaq

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

İraq silahlıları Səudiyyə Ərəbistanına hücum planından daşındı

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə— FOTO

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Gəncədə "Hundai"lar toqquşdu - 17 və 20 yaşlı gənclər xəstəxanalıq oldu

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından BİR İL ÖTÜR - FOTO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO - VİDEO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

Lukakudan Fənərbaxçanı həyəcanlandıran addım - FOTO

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

İki kriptovalyuta birjasına sanksiyaya tətbiq edildi – İrana kömək ediblər

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

ABŞ məhkəməsi Trampı “müvəqqəti sakin” adlandırdı – 400 milyonluq tikintini dayandırdı

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

15 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri şoka saldı - FOTO

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Azərbaycanda vergi borcları 4 milyardı keçdi

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

Beyləqanda kanalda boğulan yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

Tovuzun mərkəzində qəza: VAZ və “Kia” toqquşdu - FOTO

Tovuzun mərkəzində qəza: VAZ və “Kia” toqquşdu - FOTO

Zidanın oğlu "Leqanes"ə transfer olundu

Zidanın oğlu "Leqanes"ə transfer olundu

ABŞ-nin maliyyə naziri: "Biz İranı boğazından tutmuşuq"

ABŞ-nin maliyyə naziri: "Biz İranı boğazından tutmuşuq"

Azyaşlı şəkər xəstəsi olduğu üçün uşaq bağçasından kənarlaşdırılıb - VİDEO

Azyaşlı şəkər xəstəsi olduğu üçün uşaq bağçasından kənarlaşdırılıb - VİDEO

End of content

No more pages to load

RADİO