Gürcü balasının Qaxda yaratdığı teatrın 50 yaşı bitdi – FOTO

İsako Zeynalaşvili. İndi onun xatirəsi Azərbaycan Kukla Teatrı hərəkatı üçün çox əzizdir. Düz əlli ilə əvvəl Qax Mədəniyyət Evində əsasını qoyduğu teatrının 50 yaşı tamam olurdu. Özü bu yubileyi görmədi. Amma tədbir axşamı ruhu şübhəsiz ki, buralarda dolaşırdı. Çünki onun sənət dostları, ailə üzvləri teatrda bütün teatrsevərlərlə birlikdə idilər.

Qax Dövlət Kukla Teatrını 1972-ci ildən rayon mədəniyyət evində dərnək, 1976-cı ildən başlayaraq xalq teatrı kimi fəaliyyət göstərib. 1992-ci ildə isə teatra dövlət statusu verilib. Olub Qax Dövlət Kukla Teatrı.

Bizim.Media xəbər verir ki, teatr fəaliyyətə başladığı dövrdən yüzə yaxın əsər səhnələşdirərək rayonda, respublikamızın digər bölgələrində, hətta Türkiyədə, Gürcüstanda, Estoniyada tamaşaya qoyulub. 

Bu sənət ocağına taleyini bağışlayanlardan biri də teatrın baş rejissoru, Prezident mükafatçısı, əməkdar artist Yusif Abdurahmanovdur. O, ötən 50 ilin yarıdan çoxunu bu sənət ocağında fəaliyyət göstərir.   

“50 illik ömrü olan bir teatrın artıq bir məktəbi var, bu məktəb 50 ildir davam edir. Bizim bu kuklaçılar xarici dövlətlərdə, istər Türkiyə, Gürcüstan, istərsə də Avropa da müxtəlif festivallarda iştirak ediblər. Hətta ən böyük nominasiyanı əldə etmişik. Bu gün də bu ənənə davam edir”, - deyə Yusif Abdurahmanov bildirib. 

Yubley tədbirlərinə qatılanlar sırasında yazıçı, şair, filologiya elmlər doktoru Zahid Xəlil də vardı.

Zahid Xəlil ucqar bir bölgə teatrının bu səviyyəyə çatmasını sənətə verilən qiymət kimi dəyərləndirir:

“Mən bu gün böyük ləzzət aldım ona görə ki, Qaxda incəsənəti, sənəti başa düşürlər. Gözəl aktyor kollektivi var. Burda bir cəhəti vurğulamaq istəyirəm ki, Qax teatrı öz ənənələrini qoruyur, bax bu teatrın təməlini qoyan o gürcü aktyoru nə qədər böyük məhəbbətlə qarşıladılar. Onun ailə üzvlərini dəvət etdilər, onlara böyük hörmət bəslədilər. Bax, budur xalqların dostluğu. 100 il xalqlar dostluğu haqda söz deməkdənsə, bir dənə belə bir fakt çox böyük hadisədir. Həm xalqların dostluğudur, həm də ənənələrin davamıdır”. 

Artıq keçən teatr mövsümünün axırından teatra yeni direktor təyin edilib. Azərbaycanın tanınmış imzalarından biri olan teatrşünas Seymur Elsevər (Vəliyev) teatra rəhbərlik etdiyi bu müddət ərzində xeyli dəyişikliyə nail olub. Təyinat pandemiya dövrünə təsadüf etdiyindən yeni direktor kimi ilk işi burada səliqə-sahman yaratmaq, abadlıq işləri görmək olub.

Eyni zamanda kollektivin gəncləşməsi, daha peşəkarların cəlb olunması istiqamətində işlər aparılır:

“Qarşıda böyük planlarımız var, görmək istədiyimiz, marağında olduğumuz, hədəflədiyimiz işlər var. Festivallarda iştirak etmək, repertuarımızı daha da zənginləşdirmək, yeni nəsl aktyorlar yetişdirməkdir. Çünki teatrın qarşısında dayanan ciddi məsələlərdən biri də budur. Allah nəsib edərsə gücümüz, imkanımız yetərsə, burada respbulika, ölkə səviyyəli teatr festivalı keçməkdir”, - deyə teatrın direktoru deyib.

Qax rayon İcra başçısı Musa Şəkiliyev kollektivi təbrik edərək bildirdi ki, aktyor əməyinin, incəsənət adamının bütün qayğı və zəhmətləri bizə yaxşı tanışdır. Qaxda mədəniyyətə və teatra həmişə diqqət olub və bundan sonra da əlimizən gələni əsirgəməyəcəyik.

Yubiley axşamında Azərbaycanda fəaliyyət göstərən daha 4 kukla teatrı da qaxlıların qonağı idi. Onlar da hamılıqla öz kolleqalarını təbrik edib ürək sözlərini çatdırdılar. Bakı, Salyan, Gəncə, Yevlax kukla teatrları öz bədii çıxışları ilə də tədbirə əlavə rəng qatdılar. Mədəniyyət Nazirliyinin şöbə müdiri Könül Cəfərova, Taetr Xadimləri İttifaqından Samirə Behbud da rəsmi təbriklərini teatr kollektivi üçün səsləndirdilər.

Yeri gəlmişkən, yeni teatr mövsümündə Qax Dövlət Kukla Teatrı demək olar ki, bir rekorda da imza atıb. Açıq kassa üzərindən 700 tamaşaçı bilet alıb. Bu indiki zamanda ən məşhur teatrların imza ata bilmədiyi bir uğurdur. 

İndi heç şübhəsiz İsako Zeynalaşvilinin ruhu şaddır. Ömrünün sonuna kimi çalışdığı teatr indi ölkədə və xaricdə tanınmış kukla teatrlarından biridir. Hətta İsako Zeynalaşvilinin qızı teatrda işlə də təmin edilib. Professor Zahid Xəlilin də dediyi kimi, “100 il xaqlar dostluğu haqda söz deməkdənsə, bir dənə belə bir fakt çox böyük hadisədir”. 
 

Teatrın giriş dəhlizində İsako Zeynalaşvilinin xatirəsinə lövhə asılıb və onun fəaliyyəti burada öz əksini tapır. Mərhum sənət adamının xanımı Vera Papiaşvili göstərilən diqqət və qayğıya görə teatr kollektivinə dərin minnətdarlığını ifadə edib. 


Yubiley tədbiri sonra bədii hissə ilə davam edib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO