Mədəniyyət Nazirliyinin Qarabağla bağlı çəkdirdiyi film yarımçıq qaldı

Azərbaycanın Mədəniyyət Nazirliyi 44 günlük Vətən müharibəsi haqqında 8 seriyalı bədii filmin çəkilməsi üçün elan olunan tenderi udmuş Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti ilə əməkdaşlığı yarımçıq qalıb.  

Bizim.Media xəbər verir ki, sözügedən filmin ilk seriyasının təqdimatı bu il noyabrın 8-də nəzərdə tutulsa da, ancaq Türkiyə şirkəti çəkilişləri yarımçıq dayandıraraq, filmdən imtina edib.

Ancaq Azərbaycanın Mədəniyyət Nazirliyi bir müddət öncə elan vermişdi ki, filmin ilk seriyaları noyabrın 8-dək təhvil veriləcək.



Filmin çəkilişi üçün dövlət büdcəsindən ayrılmış 3 milyon manat vəsaitin 900 min manatı Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən ilkin olaraq həmin şirkətə köçürülmüşdü. Rejissoru da Türkiyədən olan çəkiliş qrupu filmdən imtina edərək, ölkələrinə qayıdıblar. Səbəb kimi Azərbaycanın Mədəniyyət Nazirliyinin onlara nəzərdə tutulmuş tam ödənişləri gecikdirməsi deyilir.  

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov Demokrat.az-a açıqlamasında Qarabağla bağlı filmin öncədən elan edilmiş vaxtda təhvil verilə bilməməsi və Türkiyədən olan şirkətin çəkilişləri yarımçıq qoyaraq Azərbaycandan getməsini təsdiqləyib:



“Bəli, bu barədə mən də qeyri-rəsmi mənbələrdən eşitmişəm. Yaradıcılıq heyəti bildirib ki, çəkilişlər gecikir və 2023-cü ilin mart ayından yenidən çəkilişlərə başlayacaqlar. Mən də eşitmişəm ki, dondurulub, yəni mənbə rəsmi deyil. Dəqiq hansı səbəbdən bunu baş verdiyini isə mən bilmirəm”. 

Gənc rejissor Pərviz Həsənov da Demokrat.az-a açıqlamasında filmin çəkilişlərinin dayandığını bildirib:




“Bu işlə Mədəniyyət Nazirliyi məşğul olur. Bu məsələni ən dəqiq bilən də Mədəniyyət Nazirliyidir. Amma bilirik ki, həmin filmin çəkilişləri dayandırılıb. Bununla bağlı internet portallarında da məlumat var, özünüz də görə bilərsiniz. Amma niyə, nə üçün, nə səbəbə dayandırıldığını bilmirik. Onu ən dəqiq bilən Mədəniyyət Nazirliyidir. Bu suala Mədəniyyət Nazirliyi cavab versə, yaxşı olardı”.  

Məsələ ilə bağlı Azərbaycanın Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova isə Demokrat.az-a açıqlamasında filminin deyilən vaxtda təhvil verilməməsini etiraf etsə də, ancaq bildirib ki, Mədəniyyət Nazirliyi tezliklə işin sona yetirilməsini yox, daha keyfiyyətli olmasına üstünlük verir:



“Çünki bu film bizim üçün çox önəmlidir və adı da hər kəs üçün mühüm əhəmiyyət kəsb edir. Yəni, Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti çəkilişin 8 noyabrda təhvil verməməsinin proqnozunu verə bilər, amma burada müəyyən səbəblər də mövcuddur. Bir daha qeyd edim ki, nazirlik üçün önəmli olan daha keyfiyyətli işin ərsəyə gəlməsidir. Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti təxminən bir həftə əvvəl bizim Mədəniyyət Nazirliyi ilə birgə brifinq etdi, həmin filmin operatorları, prodüserləri də orada iştirak etdilər və mediaya açıqlama verdilər. Əgər pul verilməsəydi, onlar bu brinfinqi keçirtməzdilər”. 

Nazirlik rəsmisi sözügedən filmdə türk rejissorların iştirakı məsələsinə də toxunub:

“Bildiyiniz kimi, dünyanın hər yerində xarici ölkələrlə müştərək əməkdaşlıq nəticəsində filmlər ərsəyə gəlir. Türkiyə ilə bu sahədə bizim əməkdaşlığımız da gördüyümüz işlərin bir hissəsidir. Azərbaycanda azərbaycanlı rejissorlarla istehsal olunan filmlər kifayət qədərdir. Filmdə aktyorlar yüz faiz azərbaycanlılardan ibarətdir. Həmçinin içərisində yaradıcı heyət də, ssenaristlər də, rejissorlar da azərbaycanlılardır. Biz normal və obyektiv olaraq türk şirkətlərinin bazasından istifadə edirik. Bu şirkətin texniki bazası çox zəngindir və qeyd edim ki, “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti Türkiyədə ən iri tarixi serialların və dünyanın əksər ölkələrdə yayımlanan tarixi serialların istehsalında mühüm şirkətlərdən biri olduğu üçün müştərək əməkdaşlığa, Qarabağla bağlı filmə məhz həmin şirkəti cəlb etmişik”.

Şöbə müdiri filmin ilk seriyasının nümayiş olunacağı tarixi açıqlamayıb: 
 
“Filmin başlama tarixini dəqiq deyə bilmirəm, çünki burada müəyyən nüanslar var. Filmin çəkilişi üçün hava şəraiti önəmlidir, müəyyən şəraitdə çəkilişlərin təmin olunması da vacib məsələdir. Həmçinin, filmdə geyimlərin ən xırda incəliklərinə qədər nəzərə alınması, ümumi məsələlərdə ən xırda detalların nəzərə alınması çox önəmlidir. Bütün bunlar nəzərə alınacaq deyə, konkret tarix demək mümkün deyil”. 
 
Filmin nə üçün Azərbaycandan olan təcrübəli rejissorlara həvalə olunmaması barədə suala isə Nuridə Allahyarovanın reaksiyası belə olub: 
 
“Filmin aktyor və yaradıcı heyəti azərbaycanlılardır. Rejissor türk ola bilər, amma heyət azərbaycanlılardır, çəkiliş də Azərbaycanda gedəcək və içəridə azərbaycanlı yaradıcı heyət də var. Filmlərə müştərək əməkdaşlıq nəticəsində xarici ölkələrin yaradıcı heyətindən daxil ola bilər. Bu, o demək deyil ki, biz heç kimlə müştərək film çəkə bilmərik. Bu sual nə anlama gəlir, axı? Biz müştərək filmlər çəkə bilmərikmi? Müştərək filmin çəkilməsi təbii haldır və ən əsas da bunlar qardaş Türkiyənin rejissorlarıdır”.

Nazirlik rəsmisi Azərbaycanda son 3 ildə kinonun inkişafına təqribən 16 milyona yaxın vəsait ayrılması müqabilində, Mədəniyyət Nazirliyinin bu sahəyə xərclədiyi vəsaitlərin rentabelli olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib: 

“Ümumiyyətlə, filmlər istehsal olunduqdan sonra müəyyən obyektiv səbəblər nəzərə alınır, bura filmlərin istehsal xərclərinin, həmçinin, gəlirlərində artım olması məsələsi də daxildir. Gəlirlərin belə olması ilə bağlı isə burada müxtəlif səbəblər ola bilər. Əsas səbəblərdən biri məhz həmin dövrlərdə pandemiyanın olması, eyni zamanda Azərbaycanın 30 illik həsrətə son qoyan 44 günlük savaşa, yəni Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarında iştirakı dövrünə təsadüf etməsi oldu. Bunları nəzərə alaraq filmlərin yayımında bir qədər gözləməli olduq. Rentabelliliklə bağlı Hesablama Palatasının açıqlamasında olan böyük hesabatlılığı sizə təqdim etmək istərdim. Belə ki, 18 filmin təkcə sosial şəbəkələrdə baxış sayı 3,039,012 say təşkil edib. Bu isə filmlərin kifayət qədər baxış sayının çox olması deməkdir. Amma, müəyyən bu səbəblərdən o rəqəmlərdə tərs mütənasiblik ola bilər ki, bu da normal haldır. Burada təkcə pandemiya yox, ümumi qanunivericilikdə məsələnin nəzərə alınması nəzərdə tutulub. Əlbəttə ki, müəyyən boşluqlarla bağlı təkliflərimiz də var”.



Xatırladaq ki, bir müddət öncə Azərbaycanın Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti tərəfindən “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 seriyalı bədii film istehsalına başlanılmışdı. Filmin çəkilişi üçün dövlət tərəfindən 3 milyon manat vəsait ayrılmışdı. Filmin ilk seriyasının bu il noyabrın 8-i ​Zəfər Günündə geniş tamaşaçıya nümayiş olunması nəzərdə tutulmuşdu.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

End of content

No more pages to load

RADİO