10 dildə sevgiliyə müraciət

Dünyanın bir çox ölkəsində ortaq sevgi sözləri ilə yanaşı bir dilə, ya da ölkəyə xas olanları da var. Məsələn, fransızlar sevgililərini “birəm” deyib oxşadıqları halda taylar sevgiliyə “balaca filim” deyir. Sizcə hansı xalqın nümayəndələri sevgililərinə “balqabaq” deyir?

Fərqli dillərdə sevgiliyə 10 fərqli xitab:

“Balaca kələmim” ”” Fransızlar

“Çou”, yəni kələm balaca və sevimli olduğuna görə fransızlar  sevgililərinə tez-tez bu cür müraciət edirlər. Fransızlar kələmi həm də uşaq başına oxşatdıqları üçün sevimli sayırlar. Valideynlər uşaqlarına oğlandırsa kələm deyirlər.

“Balqabağım” ”” Portuqallar

Portuqallar isə “çuçu” sözünə, yəni “balqabaq” müraciətinə  üstünlük verirlər. Sözün sonuna “zinho”, yəni “balaca” sözünü də əlavə edib sevgililərini çağırırlar.

“Gözləri olan yumurta” ”” Yaponlar

Yaponlarda qadına “gözləri olan yumurta” demək əvəzsiz kompliment sayılır. Çünki yaponlar yumurta kimi oval üzlü qadınları seksual hesab edirlər.

“Kəllə qənd” ”” İspanlar

İspanlar sevgililərinə “şirinim, balım” sözləri ilə yanaşı “qəndim” deyə də müraciət edirlər.

“Ürəyimin meyvəsi” ”” İndoneziyalılar

İndoneziyada uşaqları “ürəyimin meyvəsi” deyərək oxşayırlar. Hətta bu söz Cakartada bir xəstəxananın adıdır.

“Birəm” ”” Fransızlar

Fransızların qəribə xitabları yuxarıdakı “balaca kələmim”lə bitmir. Onlar sevgililərinə “birəm” deyə də müraciət edirmişlər. Rəvayətə görə bu söz insanların bir-birilərinin birələrini təmizlədikləri dövrlərin ən şirin xatirəsidir.

“Ceyranım” ”“ Türklər

“Ceyran”, “maral” da bizim və ümumilikdə türk xalqlarının sevimli müraciət formasıdır. Ərəblər də gözəl gözlü xanımları belə çağırırlar. 

“Balaca filim” ”“ Taylar

Fillər Tailandda yaşayanların ən çox sevdiyi heyvanlardır. Onlar fillərin uğur gətirdiklərinə inanırlar. Hətta bir müddət dövlət bayrağında da fil fiquru əks olunubmuş. Ona görə də, “balaca filim” müraciəti burada bənzərsiz tərif hesab edilir.

“Batan balıq, yıxılan qaz” ”“ Çinlilər

Bu maraqlı sözün arxasında əslində qədimi Çin rəvayəti yatır. Rəvayətə görə, Xi Şi adlı gözəl bir qadın varmış. Xi Şi göldəki balıqlara baxanda balıqlar onun baxışlarından elə təsirlənirmişlər ki, üzməyi yaddan çıxarıb batırmışlar. Göydə uçan qazlar da Xi Şini görən kimi ona vurulur, qanadlarını tərpətməyi yaddan çıxarıb yerə çırpılaraq ölürmüşlər. Beləliklə də, çinli kişilər sevdikləri qadının gözəlliyini ifadə etmək üçün bu sözü deyərmişlər.

“Balaca göyərçin” ”“ Ruslar

Bu xitaba əsasən Puşkinin əsərlərində rast gəlinir. Puşkin özündən yaşca böyük dayəsinə sevgisini göstərmək üçün “balaca göyərçin” sözünü işlədirmiş. Bu xitabın Rusiyada “İncil”in tarixi qədər qədim olduğu bildirilir. “İncil”in ruscaya tərcüməsi ilə dilə daxil olan “balaca göyərçin” sonradan sevgililər arasında populyarlaşıb.(bizimyol.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - VİDEO

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - VİDEO

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

"Avroviziya"nın ən sərt qaydaları - Təəccüblənəcəksiniz

"Avroviziya"nın ən sərt qaydaları - Təəccüblənəcəksiniz

“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri

“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri

Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

İran millisi dünya çempionatını buraxa bilər

İran millisi dünya çempionatını buraxa bilər

Çin ABŞ-dan 200 təyyarə alacaq - Tramp sevincəkdir

Çin ABŞ-dan 200 təyyarə alacaq - Tramp sevincəkdir

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” - VİDEO

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” - VİDEO

ABŞ-də hantavirus həyəcanı: 41 nəfər nəzarət altındadır

ABŞ-də hantavirus həyəcanı: 41 nəfər nəzarət altındadır

Sinem Kobal Kenana olan sevgisindən yazdı

Sinem Kobal Kenana olan sevgisindən yazdı

SAXAL "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqladı

SAXAL "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqladı

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Azərbaycan "Avroviziya"dakı çıxışını TAMAMLADI - VİDEO

Azərbaycan "Avroviziya"dakı çıxışını TAMAMLADI - VİDEO

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

“Avroviziya”nın ikinci yarımfinalı başladı - VİDEO

“Avroviziya”nın ikinci yarımfinalı başladı - VİDEO

ABŞ və Çin liderlərinin görüşündə Mask qəribə hərəkətləri ilə diqqət çəkib

ABŞ və Çin liderlərinin görüşündə Mask qəribə hərəkətləri ilə diqqət çəkib

Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Bayram Muradovdan sonra Mətanət Qarayeva da İŞDƏN ÇIXDI - FOTO

Bayram Muradovdan sonra Mətanət Qarayeva da İŞDƏN ÇIXDI - FOTO

Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?

Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?

Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

İsrael Katz: "İrandakı missiyamız başa çatmayıb"

İsrael Katz: "İrandakı missiyamız başa çatmayıb"

İraq parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

İraq parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

End of content

No more pages to load

RADİO